Türkiyənin paytaxtı Ankarada güclü yağış ciddi fəsadlar törədib.
Oxu24.com
haberler.com saytına istinadən xəbər verir ki, Ankarada binanın zirzəmisində yaşayan ana və kiçik övladı köməksiz vəziyyətdə qalıb. Evin içərisi su ilə dolduğundan onlar qapını açmaqda və çölə çıxmaqda çətinlik çəkib. Polis əməkdaşları boğulmaqda olan ananı və qızı çətinliklə də olsa xilas edə bilib. Hadisə yerinə gələn polis və xilasedicilər qapını xüsusi alətlərlə qıraraq evə dolmuş suyu azaldıb.Daha sonra ana və qızı xilas ediblər. Həmin həyəcanlı kadrları anbaan təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR