Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1432
az

İstanbul yerlə yeksan ola bilər: zəlzələdən daha ciddi təhlükə

20:2205 May, 2018
5248
  • A
 Fransız Araşdırma İnstitutunun mütəxəssisi Doktor Luis Geli İstanbulu zəlzələdən daha ciddi bir təhlükənin gözlədiyini bildirib.

Oxu24.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaxın zamanlarda böyük zəlzələlərin baş verdiyi Türkiyədə gözlənilən ən böyük təhlükə qeydşərtsiz Böyük Marmara zəlzələsidir.

Xüsusilə son zamanlar Ege və Akdeniz bölgələrində baş vermiş zəlzələlərin sayının artması Türkiyə torpaqlarında hərəkətlilik olduğunu göstərir.

Luis Gelin araşdırmalarına görə, Şimali Marmara bölgəsində baş verən zəlzələlər yer altındakı qazın da hərəkət etməsinə səbəb olub. O, ehtimal edir ki, bölgədə güclü zəlzələ baş verəcəyi təqdirdə, yerin altındakı qazlar üzə çıxa və böyük partlayış meydana gələ bilər.

2011-ci ildə baş vermiş zəlzələnin ardından aparılan araşdırmalar göstərir ki, şiddətli təkanlar metan qazının səthə çıxmasına səbəb ola biləcəyi kimi, dəniz altında yaranmış təkanlar da tsunamiyə səbəb ola bilər.

Mütəxəssislərin fikrincə bu ehtimal rəsmilər tərəfindən bu vaxta diqqət edilməmiş yeni bir seysmik təhlükədir.



 




Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə güclü zəlzələ: dağıntılar və yaralılar var
Aİ İrana qarşı yeni sanksiyalar tətbiq etdi
Polşada Rusiya ilə əməkdaşlıqda şübhəli bilinən şəxs saxlanıldı