Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14234
az

Tramp İranla bağlı mövqeyini yenə dəyişdi

20:2005 İyun, 2019
709
  • A
 
ABŞ Prezidenti Donald Tramp İranla bağlı mövqeyini yenə dəyişdi.
İran və Böyük Britaniya KİV-ləri baş məqalələrində bu başlıqdan istifadə ediblər. Böyük Britaniyada dövlət səfərində olan Prezident Donald Tramp bu ölkənin İTV telekanalına müsahibəsində İrana qarşı hərbi əməliyyatların istisna olunmadığını bildirib: “...mənin istəyimdən asılı olmayaraq, İrana qarşı hərbi əməliyyatların həyata keçirilməyəcəyini iddia etmək olmaz”. ABŞ Prezidenti deyib ki, hərbi əməliyyat məsələsi həmişə nəzərdə olub.

Xatırladaq ki, ötən ay Yaponiyaya səfər edən Donald Tramp bəyan etmişdi ki, ABŞ İran ilə müharibəyə can atmır.

İranda Ramazan bayramı ilə əlaqədar qeyri-iş günləri olduğu üçün rəsmilərin bu məsələyə münasibətini öyrənə bilmədik.

Qeyd edək ki, Trampın Böyük Britaniyaya səfəri Londonda və digər böyük şəhərlərdə etirazlarla qarşılanıb. Britaniya ictimaiyyətinin nümayəndələri küçələrdə aksiyalar keçirərək ABŞ Prezidentinin İran və Yaxın Şərq siyasətinə etiraz ediblər. (AzərTAc)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Blinken Çin lideri ilə görüşəcək
İsrail ordusu Livandakı
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Paytaxt sakini Ağsuda narkotiklə saxlanıldı