Tehran Fars körfəzi ölkələrinə Yaxın Şərqdəki proseslər fonunda bir-birinə hücum etməmək barədə saziş imzalamağı təklif edəcək.
RİA Novosti xəbər verir ki, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif iraqlı həmkarı Məhəmməd Əli əl-Hakimlə görüşdə bəyan edib.
O bildirib ki, hazırda sazişlə bağlı müvafiq sənəd hazırlanır.
“İranın region dövlətləri ilə bir-birinə hücum etməmək barədə sazişin imzalanması təklifi masa üzərindədir”, - deyə Zərif vurğulayıb.
Digər xəbərlər: Qarğaların şok görüntüsü: Ölən qarğanı digər qarğalar "dəfn" etdi-VİDEO
Oxu24.com
ŞƏRHLƏR