‡агрузка...

Irandan ABŞ -a əzələ nümayişi:Uran istehsalını 4 dəfə artırdı


İranım Tasnim agentliyinin məlumatına görə, söhbət 3,67 faizlik uranın istehsal həcminin 4 dəfə artırılmasından gedir.

 Məlumata görə, bu, sentrifuqaların sayının artırılması, faiz dərəcəsinin artırılması və ya sentrifuqaların növünün dəyişdirilməsi anlamında deyil, mövcud vəziyyətdə uran istehsalını 4 dəfə artırmaq deməkdir. Nüvə müqaviləsinə əsasən, İran uranı yalnız 3,67% faizə qədər zənginləşdirə bilər
Bu il mayın 8-də İran prezidenti Həsən Ruhani  İranın nüvə sazişinə dair üzərinə götürdüyü öhdəlikləri dayandırdığını bəyan etdi. Tehran Arakadakı atom reaktorunun müasirləşdirilməsi və uranın zənginləşdirilməsi üzrə işlərin yenidən başladılacağı barədə bəyanat verdi.

Ötən ilin iyun ayında İran  hökuməti uran zənginləşdirmə səviyyəsini qaldırmağa başladığı haqda Beynəlxalq Atom Enerji Agentliyini (BAEA) bildiriş göndərib.İranın Atom Enerji Təşkilatının rəhbəri Əli Əkbər Salehinin sözlərinə görə, İran yaxın zamanda Natanz şəhərində yeni sentrifuqaların istehsalı üzrə mərkəz açmaq niyyətindədir.

Xatırladaq ki, bir il öncə ABŞ-ın İranla Vyanada bağlanmış nüvə sazişindən çıxmasından sonra Tehran uranın əvvəlki səviyyələrdə zənginləşdirilməsini bərpa edəcəyini xəbərdar etmişdi
loading...




Paylaş:


21-may, 2019 157
loading...

Загрузка...
loading...