Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12799
az

Türkiyə on minlərlə ermənini deportasiya edəcək

10:3306 May, 2019
882
  • A
 
Türkiyədən əmək mühacirlərinin potensial deportasiyası praktikada gerçəkləşdirilə bilər, ona görə ki, bu ölkədə oyun qaydaları dəyişib.

Bu barədə erməni ekspert Ruben Melkonyan “Sputnik Armeniya”ya verdiyi müsahibədə danışıb.

Ekspertin sözlərinə görə, Türkiyədə son vaxtlar millətçilik təzahürləri müntəzəm hal almağa başlayıb. Onun sözlərinə görə, qanunsuz erməni mühacirlərlə bağlı problem Türkiyənin ictimai-siyasi diskursunda yeni məsələ deyil.

Birinci dəfə belə bir məsələ keçmiş baş nazir Tansu Çillerin vaxtında qaldırılıb, o, erməniləri ölkədən qovmaqla hədələyib. Ardınca digər hökumət başçıları, o cümlədən, indiki prezident Rəcəb Tayyip Ərdoğan oxşar bəyanatlar səsləndirib.

Melkonyan bildirib ki, ermənilərin Türkiyədən deportasiya edilməsi üçün zəmin var. Buna misal kimi Türkiyənin daxili problemlərini, Azərbaycanla dost-qardaş münasibətləri və Ermənistana qarşı düşmən münasibətinin artmasını göstərib.

“Həmçinin, belə bir şayiə yayılıb ki, erməni mühacirlərin deportasiya edilməsi üçün zəmin Ermənistanın Suriyaya sülhməramlı qüvvələr göndərməsi ola bilər. Ancaq düşünmürəm ki, bu, əsas səbəb olsun, çünki unutmaq lazım deyil ki, Ermənistanın hərbi kontingenti Suriyada hərbi yox, humanitar missiyanı yerinə yetirib”, - deyə ekspert qeyd edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkə də qarışır – “Ərəb baharı” alovlanır
Bu tarixdə süni intellekt insanların yerinə keçəcək
Lukaşenko bu dəfə o qızla RƏQS ETDİ -VİDEO

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu