Moskvann “Şeremetyevo” hava limanında “Aeroflot” şirkətinə məxsus “SSJ-199” sərnişin təyyarəsinin eniş zamanı yanması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.
oxu24.com xəbər verir ki,Bu barədə Rusiya mətbuatı İstintaq Komitəsinə istinadla məlumat yayıb. Hadisə zamanı təyyarənin içərisindən çəkilən görüntülər də ortaya çıxıb. Dəhşətli yanğın hadisəsinin kameraya çəkilməsi təyyarənin içərisindəki vəziyyəti daha aydın gözlər önünə sərir.
Xatırladaq ki, Moskvadan Murmanska uçan təyyarə göyə qalxdıqdan 28 dəqiqə sonra geri dönüb və sonra məcburi eniş edərkən alovlanıb. Təyyarədə 78 nəfər olub.Təyyarənin yanma anı ilə bağlı dəhşətli videonu təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR