Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12555
az

Rza Zərrab ABŞ-dan \"yoxa çıxdı\" - Yerini heç kim bilmir, Türkiyə də axtarır...

22:1729 Aprel, 2019
899
  • A
  2016-cı ildə ABŞ-da həbs olunan və sonradan istintaqla sövdələşməyə girərək həbsxanadan buraxılan Azərbaycan əsilli iranlı iş adamı Rza Zərrabı indi də Türkiyədə axtarırlar. İstanbul məhkəməsi tərəfindən qanunu pozduğuna görə 3 il həbs cəzası verilən Rza Zərrabın ABŞ-da olduğu məlum olsa da, dəqiq ünvanı naməlumdur.

Oxu24.com Virtualaz.org-a istinadən xəbər verir ki, artıq onun yaşadığı yerlə bağlı ABŞ-ın İstanbuldakı Baş Konsulluğuna və aidiyyati nazirliklərə rəsmi sorğu göndərilib.

Məhkəmədə ifadə verən Rza Zərrabın vəkili onun həbsi ilə bağlı qərarın ləğvini istəyib. Vəkil bildirib ki, müvəkkili dindirildikdən sonra onu müdafiə edəcək. Məhkəmə hakimi isə tələbi rədd edib.

Məhkəmənin qərarında Zərrabın yaşadığı son ünvan kimi ABŞ-da Mayami həbsxanası göstərilir. Hazırda məhkəmə Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və ABŞ-ın İstanbuldakı Baş Konsulluğundan gələcək cavabları gözləyir.

Qeyd edək ki, məhkəmənin həbs cəzası ilə bağlı qərarına səbəb R. Zərrabın 2011-ci ildə 40 milyon dollar aldığı İstanbulun Kanlıca sahillərində yerləşən tarixi malikanəyə əlavə mərtəbə artırması, lift quraşdırması olub. Onun bu imarəti həyat yoldaşı Ebru Gündeşə hədiyyə etdiyi bildirilir.

Qeyd edək ki, 2016-cı ildə İrana qarşı sanksiyaları pozmaqda, beynəlxalq miqyaslı qeyri-leqal pul transferi və saxtakarlıqda ittiham edilərək ABŞ-ın Mayami şəhərində həbs olunan Azərbaycan əsilli iranlı iş adamı Rza Zərrabla bağlı yeni iddialar ortaya çıxıb.

Zərrabla bağlı məhkəmə işi ilə yaxından tanış olan Nyu-York Bürosu vəkili Cahit Akbulut bildirib ki, Rza Zərrab hazırda Nyu-Yorkda yerləşən həbsxanalardan birində saxlanılır.

"Güvəndiyim qaynaqlardan əldə etdiyim son məlumatlara görə, Zərrab Nyu-York ərazisində adı açıqlanmayan bir həbsxanada saxlanılır. Heç vaxt da həbsxanadan kənara çıxmayıb. Mənbələrim türk mediasında Zərrabın azadlıqda olması ilə bağlı yayılan xəbərlərin əsassız olduğunu bildirirlər. Həyat yoldaşı Ebru Gündeşin hamilə olduğu ilə bağlı məlumatlar yayılıb. Rza Zərrab həyat yoldaşı ilə həbsxanada görüşüb. Onun deyildiyi kimi sərbəst qalması ABŞ-ın məhkəmə sistemində mümkün deyil", - vəkil qeyd edib.

Akbulut qaynaqlarından Zərrabın hansı həbsxanada saxlanıldığını öyrənə bilməyib: "Həbsxana ilə bağlı məlumatlı olsalar da, mənə bu barədə heç nə demədilər. Çünki məhkəmənin Zərrabın təhlükəsizliyini qorumaq üçün qərarı var. Hazırda istintaq getdiyini dedilər, məhkəmə Zərrabın alacağı həbs cəzası ilə bağlı qərarı verməkdə tələsmir".

Artıq Federal Məhkəmədə davam edən istintaq müddətinin 3 ili geridə qalıb. Rza Zərrabın bu müddət ərzində təhlükəsizliyi ilə bağlı Nyu-Yorkda bir neçə həbsxana dəyişdiyi deyilir. Onun bir müddət əvvəl isə həyat yoldaşı - tanınmış müğənni Ebru Gündeşlə görüşdüyü iddia olunurdu.

Xatırladaq ki, Rza Zərrab ötən ilin sentyabr ayında iki qadınla birgə Hollivud ulduzu Robert de Niroya məxsus Nyu-Yorkun məşhur restoranlarından olan "Nobu"da görünmüşdü. Suşi restoranında ağ şərab içən və telefonla qurdalanan Zərrabın fotosu türk müştəri tərəfindən çəkilib. Bundan sonra Zərrab həmin qadınlarla birgə restorandan çıxıb. Mühafizəçisi olduğu ehtimal edilən iki nəfər də Zərrabın ardınca restoranı tərk etmişdilər.

Rza Zərrabın barəsində 2014-cü ildən araşdırmalara başlanıb və 2016-cı ildə ailəsi birlikdə ABŞ-a gedərkən saxlanılmışdı. O, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozaraq bu ölkənin pullarını Türkiyə üzərindən leqallaşdırmaqda, bu məqsədlə Birləşmiş Ştatların da maliyyə sistemindən istifadə etməkdə ittiham olunurdu. Lakin onun istintaqla sövdələşməyə girərək həbsxanadan çıxmağa nail olduğu bildirilirdi. Zərrab İran işində əsas fiqurantlardan və ABŞ-da həbs olunan "Halkbank"ın sədri Hakan Atillanın əleyhinə ifadə vermişdi.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıdakı separatçılar ailələri ilə əlaqə saxladı
İçində uşaqlar olan qayıq çevrildi - ANBAAN VİDEO
Rusiyada terror aktı ilə bağlı beşinci şəxs həbs edilib

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur