Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12416
az

Azərbaycanlı əsir İrəvanda əməliyyat edildi

10:4026 Aprel, 2019
479
  • A
 
 
Ermənistanın əsir götürdüyü azərbaycanlı Elvin İbrahimov Erebuni tibb mərkəzində əməliyyat edilib.

Oxu24.com xəbər verir ki, bu məlumatı Ermənistan Ədliyyə Nazirliyi yayıb. Əməliyyat aprelin 24-də baş tutub. Belə ki, əməliyyat nəticəsində onun mədəsindən yad cisim çıxarılıb. Hazırda İbrahimovun vəziyyətinin yaxşı olduğu vurğulanıb.

Qeyd edək ki, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu cari il mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistanın Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib.

E.İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb. Aidiyyəti beynəlxalq təşkilatlar E.İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanılması faktını təsdiq edərək həyatı üçün təhlükənin olmadığını bildiriblər. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası isə əsir düşən E.İbrahimovun ruhi xəstə olması haqqında məlumat yayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünya əhalisi ilə bağlı HƏYƏCAN TƏBİLİ: 2050-ci ilə qədər...
Çadda partlayış nəticəsində 7 hərbçi həlak olub
Bayden yenə Putini təhqir etdi

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət