Türkiyənin İzmir şəhərində 52 yaşlı Kənan Akçalı telefonda oyun oynayan həyat yoldaşı Sibel Akçalının başqa bir adamla mesajlaşdığını zənn edərək onu bıçaqlayıb.
Oxu24.com Türkiyə mediasına istinadla bildirir ki, hadisə 5 mərtəbəli binanın 3-cü mərtəbəsində baş verib.
Sərxoş olduğu iddia edilən təqaüdçü adam və həyat yoldaşı arasında sözlü mübahisə başlayıb. Mübahisə qısa müddətdə böyüyüb və Kənan Akçalı mətbəxdən götürdüyü bıçaqla Sibel Akçalıyı bıçaqlayıb.
Daha sonra Akçalı mənzilin qapısını açaraq qışqırmağa başlayıb. Qışqırıq səslərini eşidən qonşular vəziyyəti polisə və təcilə yardıma xəbər verib.
Xəstəxanaya yerləşdirilən Sibel Akçalı bütün müdaxilələrə baxmayaraq xilas edilə bilməyib.
Kənan Akçalı isə polis tərəfindən saxlanılaraq həbs olunub.
Oxu24.com
ŞƏRHLƏR