Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12370
az

Dünyanın GÖZÜ ORADA: liderlərin ilk təkbətək görüşü başlandı

09:5225 Aprel, 2019
694
  • A
 
Rusiyanın Vladivostok şəhərində Rusiya prezidenti Vladimir Putin və Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In arasında danışıqlar başlanıb.

Publika.az xəbər verir ki, bu, dövlət başçılarının ilk təkbətək görüşüdür.
Putin Kim Çeni Şimali Koreyada yenidən ən yüksək posta seçilməsi münasibətiylə təbrik edib və onunla görüşə görə məmnun olduğunu deyib. Rusiya liderinin sözlərinə görə, o əmindir ki, səfər münasibətlərin inkişafına xidmət edəcək və nüvə probleminin nizama salınmasına kömək göstərəcək.
Rusiya dövlətinin başçısı Şimali Koreyanın nüvə probleminin həlli və ABŞ-la dialoqun normallaşması üzrə Kim Çen Inın səylərini alqışlayıb.
Öz növbəsində, Şimali Koreya lideri Putinə bildirib ki, onunla Koreya yarımadasında vəziyyət üzrə fikir mübadiləsi edəcəyinə ümid edir. O ümid etdiyini bildirib ki, Rusiya prezidenti ilə danışıqlar məzmunlu olacaq.
Qeyd edək ki, danışıqlar Uzaq Şərq Federal Universitetinin şəhərciyində keçirilir. Təkbətək görüşdən sonra danışıqlar iki ölkənin nümayəndə heyətlərinin iştirakıyla genişləndirilmiş formatda davam edəcək Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
Professor tələbəsinə aşiq olub ailəsini dağıtdı
Krım körpüsü bağlandı

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Paytaxt sakini Ağsuda narkotiklə saxlanıldı