Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12168
az

2 ildir xəbər yox idi görün necə tapıldı?

19:3319 Aprel, 2019
1175
  • A
 
Moskvadan 128 kilometr məsafədə yerləşən meşəlik ərazidə bir ağaca zəncirlənmiş insan skeleti tapılıb.

Oxu24.com xarici mediaya istinadla bildirir ki, skeletin 2 ildir itkin düşmüş rus səyyaha aid olduğu deyilib.
Rusiyanın paytaxtı Moskvada yaşayan 31 yaşlı İvan Klyucharyov uzun illərdir Rusiyanın müxtəlif bölgələrini gəzərək çəkdiyi fotoları sosial media hesabında yayımlayırdı.

Təbiət və tarix həvəskarı olan adam Rusiyaya aid gizli təbiət gözəlliklərini və tarixi məkanları kəşf edərək öz izləyiciləri ilə paylaşırdı. Ətrafında çox sevilən səyyah 2017-ci ilin may ayında Şatura bölgəsindəki Çerusti kəndinə səyahət edib. Buradakı kəndləri və meşəlik əraziləri gəzən səyyahdan bir daha xəbər alınmayıb.

Evinə geri dönməyən adamın anası polisə gedərək itkin elanı verib. Rus polisi bütün axtarışlara baxmayaraq onun izini tapa bilməyiblər.

Səyyahın ağaca qandallanmış və sadəcə skelet halında qalmış cəsədi tapıldıqdan sonra müayinəyə göndərilib. 2017-ci ilin may ayında itən adamın 2018-ci ilin aprel ayında öldüyü müəyyən olunub.

Rus polisinin hadisə yerində apardığı araşdırmada adamın özünü ağaca bağladığı, qandalının açarını yerə atdığı və bir müddət sonra açarı götürmək üçün çalışdığı, amma bunu bacarmadığı bildirilib.

Səyyahın ətrafında aparılan araşdırmada da onun özünü meşə şəraitinə öyrəşdirmək üçün tez-tez belə təcrübələr apardığı da deyilib.

Cəsədin yaxınlığında səyyaha aid olan yemək, içki, çadır və geyimlər tapılıb. Hadisə ilə bağlı araşdırma davam etdirilir.



  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəhşətli partlayış: Siqaret kötüyü iki nəfərin ölümünə səbəb oldu - ANBAAN VİDEO
Metroda dəhşət: Kişi sevgilisini qatarın altına atdı - Video
Dünya çempionu arvadını öldürməkdə ittiham olunur - Fotolar

İti xilas edərkən buzlu suya düşdü

18+

Bakıda dəhşətli qətlin videosu yayılıb (18+)
Döyüşlərdən  VİDEO YAYILDI
Yumurtanın  insana  bu ziyanı var imiş  - Həkimdən şok AÇIQLAMA
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO