Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1203
az

Pakistan pulunun üzərində Türkiyə bayrağı – Təsadüfi hadisənin tarixçəsi

21:4729 Aprel, 2018
3588
  • A
Pakistan İslam Respublikasının hər zaman Türk dövlətlərinin yanında olduğu hər kəsə məlumdur. Bu söhbətdə Pakistan və Türkiyə yaxınlığı isə xüsusilə qeyd edilməlidir.

Bu, istər dövlətlər, istərsə də, xalqlar arasında sıx əlaqə ilə müşahidə olunur. Femida.az Pakistan və Türkiyə münasibətlərini daha da sıxlaşdıran təsadüfi bir hadisə ətrafında kiçik araşdırma aparıb.

Pakistanın pul vahidində həkk olunan Türkiyə bayrağının tarixçəsi haradan başlayır?

Pakistanın milli pul vahidi Rupidir. Pakistan, 1988-ci ildən istifadə etdiyi 1000 Rupilik əskinasında 2007-ci ildə dəyişiklik etmək qərarına gəlib. İlk vaxtlar pulun üzərində Pakistanın keçmiş lideri Məhəmməd Əli Cinnahın şəkli həkk olunmuşdu. 2007-ci ildə Pakistan Mərkəzi Bankı pul əskinaslarının dizaynında dəyişikliklə bağlı qərar verir. Həmin qərarda qeyd olunurdu ki, 1000 rupinin üzərində Pakistan bayrağı da həkk olunsun. Amma burada tam təsadüf nəticəsində sonradan tarixə çevriləcək bir hadisə baş verir. Pullar hazırlanan zaman verilmiş dizayn nəticəsində bayrağın rəngi yaşıl yox, qırmızı rəngə çalır. Bu da təsadüf nəticəsində kağızlarının rənglərinin üst-üstə düşməsindən sonra alınır. 2007-ci ildə pul vahidi dövrüyəyə buraxılan zaman yerli sakinlər buna etiraz edirlər. Onlar düşünürdülər ki, Pakistan Mərkəzi Bankı bayrağı təhrif edib. Yaşıl rəng əvəzinə, pullarda qırmızı rəngli bayraq həkk olunub. Bu xəbər bütün Pakistan mediasının əsas mövzusuna çevrilir. Yaranan narazılığa yalnız Pakistan rəhbərliyinin göstərişi ilə Pakistan Mərkəzi Bankının rəhbərinin açıqlaması ilə sona çatır. O, yaydığı rəsmi açıqlamada deyir ki, bu qardaş Türkiyənin bayrağıdır.

Həmin vaxt iclaslarda iştirak edən nazir Tarık Azim həmin hadisəni belə şərh edib:

“ Bəzi pulların şəklini dəyişdirmək istəyirdik. Nəzərdə tutulanlar 5 min və 1000 Rupilər idi. Yeni formada dizaynı bizə gətirdilər. Çox bəyəndik. Sonradan pullar dövriyyəyə buraxılanda gözlənilmədən Pakistan bayrağının rəngi əvəzinə Türkiyə bayrağının şəkli düşdü. Bu isə bəzi insanların narazılığına səbəb oldu. Biz vəziyyətdən çıxmaq üçün açıqlama verdik ki, Türkiyə dövlətinə sayğı kimi Türkiyə bayrağını həkk etmişik. Bu vətəndaşların şikayətlərinin bitməsinə səbəb oldu. Hətta bizə “ Türk bayraqlı yeni pullar istəyirik” deyənlər də oldu. ( Mənbə: Hürriyət qəzetinin elektron saytı. 28 noyabr 2007-ci il)

Xatırladaq ki, Pakistan islam Respublikası Azərbaycana da münasibətdə hər zaman səmimiyyəti ilə seçilir. Pakistan bu günə kimi Ermənistanı müstəqil ölkə kimi tanımayan və onunla heç bir iqtisadi əlaqəsi olmayan dövlətdir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
Professor tələbəsinə aşiq olub ailəsini dağıtdı
Krım körpüsü bağlandı

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur