Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11983
az

Rusiyada sahibkarlarımız arasında atışma - Çürük kartofa görə

12:2615 Aprel, 2019
659
  • A
 
Rusiyanın Moskva vilayətində azərbaycanlı sahibkarlar güllələnib.

Qafqazinfo”nun “Moskovskiy komsomoleç”ə istinadən xəbərinə görə, insident təxminən ötən həftə Lenin rayonunda çürük kartofa görə baş verib.

Belə ki,  32 yaşlı Rəsul və Aqil adlı azərbaycanlı iki sahibkar “Fud Siti” bazarında digər azərbaycanlı sahibkara 300 min rubl ödəyərək 15 ton kartof alıb. Lakin kisələr maşına yüklənib boşaldılan zaman kartofların dondurulduğu və temperaturun yüksəlməsi nəyticəsində çürüməyə başladığı ortaya çıxıb.
Onlar bazara geri qayıdaraq həmin satıcını taparaq malı geri qaytarıb, pullarını tələb ediblər. Amma görüş yerində Rəqul və Aqili kişilərdən ibarət dəstə gözləyib. Kartofu satan sahibkar pulu qaytarmaq istəmədiyini deyəndə tərəflər arasında mübahisə başlayıb. Daha sonra atışma nəticəsində Rəsul qarnından, ortağı isə başından güllələnib.

Yaralanan şəxslər avtomobilə xəstəxanaya getmək qərarına gəliblər. Maşını idarə edən Aqil “Don” magistralında Rəsulun artıq nəfəs almadığını görüb. O, Lipetsk küçəsində avtomobili saxlayaraq  təcili tibbi yardım xidmətinə zəng edib. Lakin həkimlər gələnə qədər Rəsul qanaxmadan vəıfat edib.  Aqil isə xəstəxanaya yerləşdirilib.

Bir nəfəri öldürüb, digərini yaralayan şəxsin adının Taqil olduğu məlıum olub. O,  axtarışa verilib.

Faktla bağlı qəsdən adamöldürmə və qanunsuz silahdan istifadə etmə maddələri üzrə cinayət işi açılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Solovyov yenə geri addım atdı - Uğursuz erməni sifarişi
Dünya əhalisi ilə bağlı HƏYƏCAN TƏBİLİ: 2050-ci ilə qədər...
Çadda partlayış nəticəsində 7 hərbçi həlak olub

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Bakıda kafedə ÖLÜM