Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11565
az

Həbib növbəti döyüşünə bu tarixdə çıxacaq

20:0502 Aprel, 2019
764
  • A
Qarışıq döyüş növlərinin (MMA) UFC 229 kateqoriyası üzrə ən güclü idmançılardan olan rusiyalı Həbib Nurmaqomedov bu ilin sentyabrında döyüş planını təsdiqləyib.

Oxu24.com xəbər verir ki, döyüşçü tələbələrlə görüşdə sentyabrın 7-də və dekabrın 28-də döyüşlər keçirəcəyini bildirib. Bundan əvvəl UFC prezidenti Deyna Uayt da H.Nurmaqomedovun növbəti döyüşünün sentyabra planlaşdırıldığını vurğulayıb.

H.Nurmaqomedov qeyd edib ki, müəyyən çətinliklər var və hələlik danışıqlar davam edir: “Mənə görə diskvalifikasiya edilən Zubayra (Tuxuqov) və Abubakarın (Nurmaqomedov) sentyabrda mübarizə apara bilməmələri mənim qayıtmağıma mane olur. Mən əvvəlcə onların qayıtmasını istəyirəm. Məni öz fikrimdən daşındırmaq üçün daha çox pul təklif edirlər”.

Xatırladaq ki, H.Nurmaqomedov oktyabrın 7-də irlandiyalı Konor Makqreqoru məğlub edərək çempionluq kəmərini qoruyub. İrlandiyalı ilə qarşılaşmadan sonra rusiyalı döyüşçü dava hadisəsinə görə 9 ay müddətinə diskvalifikasiya olunaraq, 500 min dollar cərimə edilib.

Rusiyalı döyüşçü qarışıq döyüş növləri üzrə keçirdiyi 27 qarşılaşmanın hamısında qalib gəlib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Messidən yubiley qolu - Video
Andrey Şevçenko Ukrayna Futbol Assosiasiyasının prezidenti seçildi

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirən şəxsə hökm oxundu