Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11211
az

İŞİD-in sonu çatdı

21:1923 Mart, 2019
748
  • A
ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDQ) özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanı məğub etdiyini bəyan edib.

SDQ döyüşçüləri İD qruplaşmasının son dayağı sayılan Bağuzda öz bayraqlarının yüksəldib.

Ən güclü olduğu dövrdə Suriyadan İraqa qədər 88 min kvadrat kilometr ərazi İD-in nəzarəti altında olub.

Ərazisinin itirilməsinə baxmayaraq, qruplaşma qlobal təhlükəsizliyə hələ də ciddi problemlər yaratmaq potensialına malik olduğu düşünülür.

İD-in hələ də bölgədə olduğu düşünülür və Niger, Yəmən, Əfqanıstan və Filippin kimi digər ölkələrdə qruplaşmaya bağlılığı olan qruplar mövcuddur.

Son döyüşlərdə nə baş verdi?

Kürd qüvvələrinin idarəçiliyi altında olan və ABŞ-ın dəstəklədiyi SDQ alyansı İD-ə qarşı son hücumunu martın əvvəlində başlayıb.

Onların hədəfi İD qüvvələrinin şərqi Suriyadaki Bağuz kəndindəki son dayağı olub.

SDQ alyansı kənddə böyük sayda dinc əhalinin hələ də olduğunu öyrəndikdə hücumunu yavaşlamağa məcbur qalıb.


Xarici vətəndaşlar daxil olmaqla minlərlə qadın və uşaq döyüş zonalarından uzaqlaşaraq SDQ-nin nəzarəti altında olan məcburi köçkün düşərgələrində məskinlaşıb.

Bir çox İD döyüşçüləri də Bağuzu tərk edib, lakin kənddə qalan döyüşçülər şiddətlə döyüşərək avtomobil və intihar bombalarından istifadə ediblər.

Döyüşdən sonra SDQ-nin media ofisinin başçısı Mustafa Bali Twitter-də SDQ qüvvələrinin İD-in ərazilərinin 100 faizini ələ keçirdiyini bəyan edib.

"Bu xüsusi gündə səylərilə bu qələbəni əldə etməyimizə imkan yaradan minlərlə şəhidi xatırlayırıq", o, deyib.

ABŞ prezidenti Donald Trump İD-in məğlubiyyətini keçən il bəyan edərək ABŞ qüvvələrinin bölgədən çıxmasına dair planlarını paylaşıb. Lakin bu xəbər ABŞ-ın bölgədəki müttəfiqlərini narahat edib və bir çox yüksək vəzifəli ABŞ rəsmilərinin istefası ilə nəticələnib. Bu səbəbdən Ağ Ev bölgədə bir qədər ABŞ qüvvələrinin qalacağını bildirib.

İD nə üçün hələ də narahatlıq yaradır?

İD 2003-cü ildə İraqın ABŞ tərəfindən işğalından sonra İraqda Əl-Qaidə qruplaşmasının bir qolundan yaranıb.

Qruplaşma 2011-ci ildə Suriya prezidenti Bəşəl əl-Əssədə qarşı qiyama qoşulub. 2014-cü ilə cən döyüşlərdə İD Suriya və İraqda böyük ərazini öz nəzarəti altına gətirib.

Vaxtilə İD-in nəzarəti altındaki ərazilərdə 8 milyon insan yaşayıb və qruplaşma neft, oğurluq və insan oğurluğu fəaliyyəti kimi mənbələrdən milyardlarla dollar gəlir əldə edib. Qruplaşma ərazisindən xaricə hücumları təşkil etməyə də başlayıb.

Bağuz-un ələ keçirilməsi İD-ə qarşı hərbi kampaniyada əhəmiyyətli addımdır. İraq hökuməti qruplaşmaya qarşı qalibiyyətini 2017-ci ildə bəyan edib.

Lakin ABŞ bölgədə hələ də 15 və 20 min silahlı İD döyüşçüləri və tərəfdarlarının olduğunu düşünür. ABŞ onların əksəriyyətinin gizli şəkildə həyata davam etdiklərini və silahlı döyüşə davam etməyə imkanı gözlədiklərini iddia edir.

Bağuz-dakı məğlubiyyətindən qısa bir müddət əvvəl, İD sözçüsü Abu Həssən əl-Mühacirə məxsus olduğu iddia olunan səs yazısnı paylaşaraq İD-in hələ məğlub olmadığını bəyan edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada terror aktı ilə bağlı beşinci şəxs həbs edilib
Qırğızıstanda ölkə rəhbərliyinə sui-qəsd etmək istəyən 5 azərbaycanlı saxlanılıb – KİV

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət