Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11205
az

Ermənistanda hərbi hissənin əsgərləri üsyan etdilər

18:2823 Mart, 2019
1034
  • A
 Ermənistan Müdafiə Nazirliyinin Mehri şəhərində yerləşən hərbi hissəsində əsgərlər üsyan qaldırıb.

“Oxu24.com” Ermənistan KİV-nə istinadən xəbər verir ki, 20-dək əsgər zabitlərdən birinin onlarla pis rəftarına görə üsyan edərək hərbi hissəni tərk edib. Ancaq hərbçilər daha sonra komandirin çağırışı ilə geri qayıdıblar. 20 əsgərin hamısı cəzalandırılaraq hərbi polisə təhvil veriliblər, oradan isə Dağlıq Qarabağa xidmətə qaytarılıblar.

Qeyd edək ki, üsyanda 600-dək əsgərin iştirak etdiyi də məlumatlar arasındadır. Müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan özünün “Facebook” səhifəsində zabitlərin heç bir günahı olmadığını qeyd edərək baş verənlərlə bağlı bunları yazıb: “Bir neçə intizamsız əsgər xüsusi şərtlərdə qulluq etmək, xüsusi geyimlər geyinmək, digərlərindən fərqli qidalanmaq istəyib. Bu əsgərlər digər hərbçilərdən özlərinə “əhatə” düzəltməyə çalışaraq onları üsyana təhrik ediblər. Hərbi hissələrdə istənilən qayda pozuntusu qanunvericiliyin bütün sərt tərəfləri ilə cəzalandırılacaq. Mətbuatda yayılan düzgün olmayan xəbərlərdən sonra sözügedən hərbi hissədə tədqiqatlar aparılıb. Əsgərlərlə yanaşı, zabitlərin də cəzalandırılmasına qərar verilib. Bir neçə zabit vəzifəsindən qovulub”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çin İsrail ərazisinə gecə hücumuna reaksiya verib
Ukraynada 600 uşaq müharibənin qurbanı olub
772-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəəzn kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur