Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10955
az

Zaxarova azərbaycanlılara müraciət etdi: Ermənistana buraxmasalar, bizə deyin

17:3515 Mart, 2019
579
  • A
 
Moskva erməni əsilli Rusiya vətəndaşları ilə bağlı Rusiya XİN-in müraciətinə indiyə kimi Bakının cavabını almayıb.

Sputnik-Armeniya”nın məlumatına görə, bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə söz açıb.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi martın 12-də dolayısı yolla və ya birbaşa olaraq erməni mənsubiyyət əlamətləri olan Rusiya vətəndaşlarına müraciət edərək, Azərbaycana səfər planlaşdırmazdan əvvəl bütün riskləri hərtərəfli şəkildə ölçüb-biçməyə çağırmışdı.

“Məsləhətləşmələrə gəlincə, Rusiya tərəfi dəfələrlə azərbaycanlı həmkarlara yaranmış vəziyyətlə bağlı naharatlığını ifadə edib. Təəssüflər olsun ki, cavab gəlməyib”, - deyə Zaxarova bildirib.

“Mətbuatda guya analoji problemlərlə Azərbaycan əsilli Rusiya vətəndaşlarının da üzləşdiyi haqda şərhlərə və müsahibələrə rast gəldim. Şəxsən tanınmış şəxslərdən birinin (Rövşən Əskərov nəzərdə tutulur – red.) müsahibəsini oxuyub, yazılanlara çox təəccübləndim.

Yeri gəlmişkən, bu müsahibədə “Rusiya XİN nə üçün belə hallarla maraqlanmayıb?” deyə bir məzəmmət var. Bizə belə faktlar məlum deyil. Xahişimiz var, belə hallarla rastlaşdıqda bizi məlumatlandırın. Biz bölgədən və ya ölkədən asılı olmayaraq, buna reaksiya göstərəcəyik. Biz konkret hadisələrə reaksiya göstəririk”, - deyə Zaxarova bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəhşətli görüntü: Piton ilanı su içən ceyranı diri-diri uddu
Meymunu 5 il boyunca makiyaj edib fahişə kimi satdılar
347 nəfərin olduğu təyyarə havada yandı - ŞOK VİDEO

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Rusiya sülhməramlıları niyə vaxtından əvvəl Qarabağdan getdi? - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda marketlərdən 3 minlik tütün məmulatı oğurlandı