Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10868
az

Rusiya qırıcıları HAVAYA QALXDI: 126 ölü, 380-dən çox yaralı – Şiddətli döyüşlər gedir

20:1413 Mart, 2019
870
  • A
 Bəşər Əsəd rejimi və İranın dəstəklədiyi qruplar Suriyanın İdlib əyalətində yaradılan gərginliyin azaltma bölgəsində yerləşən Türkməndağını bombardman ediblər.

Oxu24.com xarici mediaya istinadən xəbər verir ki, Rusiyaya aid qırıcılar da hücuma dəstək verərək İdlib və ətraf bölgələrə aviazərbələr endiriblər.

Dünən gecə saatlarından bəri sözügedən bölgə şiddətli top və raket atışlarına məruz qalır. Rejim qüvvələri ağ fosfor bombası ilə İdlibin cənubuna hücum edib. Bir neçə saat isə Rusiya qırıcıları Sərakib bölgəsini bombalayıb, nəticədə 2 dinc sakin həlak olub, 19 nəfər yaralanıb.

Qeyd edək ki, Əsəd rejimi 2015-ci ildə Rusiyanın köməyi ilə Türkməndağının 85 faizini ələ keçirib, bölgədə yaşayan 20 minə yaxın türkman və ərəb Türkiyəyə köç etməyə məcbur olub.

Xatırladaq ki, Əsəd rejimi və İranın dəstək verdiyi müxalif qüvvələrin bu ilin başlanğıcından bəri Soçi razılaşmasını pozaraq İdlib gərginliyi azaltma bölgəsində yerləşən yaşayış məskənlərinə təşkil etdiyi hücumlar nəticəsində 126 nəfər ölüb, 380-dən çox insan yaralanıb. Astana razılaşması çərçivəsində Əsəd rejiminin təminatçısı olan Rusiya bu hücumları dayandırmaq hüququna malikdir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çin İsrail ərazisinə gecə hücumuna reaksiya verib
Ukraynada 600 uşaq müharibənin qurbanı olub
772-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ