Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10369
az

Pakistan və Hindistan arasında müharibə başladı +VİDEO

11:2427 Fevral, 2019
1366
  • A
 
Nüvə silahına malik iki ölkə - Pakistan və Hindistan arasındakı gərginlik hər keçən gün artmaqdadır.

Oxu24.com  xarici mediaya istinadən xəbər verir ki, Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin iki təyyarəsinin məhv edildiyini açıqlayıb.

Pakistan Silahlı Qüvvələrinin sözçüsü, general Asif Gafurun tvitter səhifəsində yazdığına görə, təyyarələr çərşənbə günü Pakistanın hava məkanında ölkələr arasında nəzarət xəttinin üzərində vurulub.

Onun sözlərinə görə, Pakistan hərbçiləri pilotlardan birini tutublar.

Hindistan və Pakistan arasında gərginlik yenidən artıb.


Xatırladaq ki, Asif Gafur ötən gün verdiyi açıqlamasında da Hindistanın döyüş təyyarələri Kəşmirdəki nəzarət xəttində yerləşən Muzafferabad bölgəsindən Pakistan hava məkanını pozduğunu bildirmişdi.

Onun sözlərinə görə, sərhəddən 5-6 kilometr Pakistanın hava məkanına daxil olan təyyarələr bu ölkənin qırıcılarının müdaxiləsindən sonra geri çəkiliblər. Hava məkanının pozuntusunda ümumilikdə 12 ədəd “Miraj 2000” qırıcısı iştirak edib.

Onlardan birinin tələsik şəkildə Pakistan tərəfinə bomba atdığı bildirilir.

Qeyd edək ki, hər iki dövlət nüvə silahına malikdir. Analitiklər hesab edir ki, ölkələr arasında genişmiqyaslı hərbi qarşıdurma faciəli nəticələr doğura bilər.

Cammu və Kəşmirin ştatlarında müstəqillik və ya Pakistana birləşməni dəstəkləyən separatçılar aktiv fəaliyyət göstərirlər. Nyu-Dehli İslamabadı silahlı separatçılara dəstək verməkdə ittiham edir. İslamabad isə bu ittihamları rədd edir və bildirir ki, Kəşmir sakinləri öz hüquqları uğrunda müstəqil mübarizə aparırlar.

Hindistan və Pakistan arasında müsəlman əhalinin üstünlük təşkil etdiyi Kəşmir üzərində aparılan mübarizədə bu günə qədər 70 min insan həlak olub.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bayden Trampla debatlarda iştirak etməyə hazır olduğunu bildirdi
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
Professor tələbəsinə aşiq olub ailəsini dağıtdı

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO