Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10240
az

Dünyanı şoka salan iddia — Planetimiz şarşəkilli yox, hamardır

14:3823 Fevral, 2019
1168
  • A
 
Bineyi-qədimdən planetimizin kürəşəkilli olması məlumdur. Son dövrlər Yerin hamar olması barədə bir iddia səsləndirilib. Son iki ildə isə bu iddia getdikcə güclənir.
Bunu nəzərə alaraq dünya elmində səsləndirilən bu iddia barədə “Oxu24.com” oxucularına məlumat verməyi lazım saydıq.

2017-ci ilin 25 sentyabr tarixində Rusiyanın “REN TV” kanalında “Ən şokasalan hipotezlər” verilişi yayımlandı. Bu verilişin mövzusu “Hamar Yer teoriyası” idi. Müəlliflər bildirdilər ki, XXI əsrin ikinci onilliyində planetimizin şarabənzər formada olması mifdir.

Verilişin qonaqları arasında NASA-nın keçmiş əməkdaşı Metyu Boylan da olub. O, iddia edib ki, peyklərdən alınan fotoları redaktə etmək məcburiyyətində olub və məqsəd Yerin şarşəkilli formada olmasını dünyaya bildirmək idi. Rusiyalı alim Pavel Sviridov da bu iddianı təsdiqlədi və bildirdi:

“Mən bu filmin yaranmasında iştirak etmişəm. Bildiyiniz kimi, televiziyada uğur reytinqlə ölçülür. Buna görə də sizə müraciət edirəm, bu film barədə məlumatı yayın, aktiv olun”.
Sviridov bəyan etdi ki, NASA kosmonavtların orbitdən çəkdikləri fotoları yayımlamırlar, onlar əslində xromakey (foto çəkmək üçün yaşıl fon) və digər texnologiyadan istifadə edirlər, faktları təhrif edirlər. Verilişdə Yerin hamar olması barədə fikir bildirən digər bloqçulara və elm adamlarına da söz verilib.
Bu veriliş bir çoxları tərəfindən təəccüblə qarşılandı. Kütlənin böyük hissəsi bu hipotezi qəbul edə bilmirdi.

Hipotez necə ortaya çıxıb?

XIX əsrdə ingilis ixtiraçı və yazıçı Semyuel Roubotem bir kitab yazdı. O, kitabda şəxsi təcrübəsinə əsaslanaraq Yerin şarşəkilli yox, hamar olduğunu iddia etdi. Semyuel leksiyalar vasitəsilə teoriyasını tanıtdı və çoxsaylı tərəfdar topladı. ABŞ-da Roubotemin tərəfdarları hamar Yer teoriyasını təbliğ edən Xristian katolik apostol kilsəsi qurdular.
1956-cı ildə Beynəlxalq hamar Yer cəmiyyəti quruldu. Maraqlıdır ki, Qaqarinin uçuşundan və amerikalıların Aya enişindən sonra da bu təşkilatın cərgələrinə qoşulanlar çox idi. Yerin hamar olduğu barədə teoriyanı dəstəkləyənlər bildirdilər ki, Aya eniş Hollivudda çəkilən filmdir.

40 min kilometr ölçüsü olan disk

1992-ci ildə Vatikan rəsmi olaraq Qalileo Qalileyin əsərini üzə çıxardı və Yerin həqiqətən də Günəş ətrafında dövr edən tərpənməz səma cismi olduğunu bəyan etdi. Ənənəvi kilsənin heç bir nümayəndəsi bu gün planetin şarşəkilli olduğunu müzakirə etməz.Bundan başqa Yerin hamar olduğunu iddia edənlər planetimizin 40 min kilometr diametri olan disk olduğunu, mərkəzində isə Şimal qütbünün olduğunu bildirirlər. Antarktida və Cənub qütbü əslində yoxdur. Planetin ən cənub hissəsində buz divarları var və bu divarlar planeti kənarlardan gələ biləcək təhlükələrdən qoruyur. Günəş, Ay və ulduzlar Yerin yuxarı səthində dövr edirlər.
Kosmosdan lentə alınan fotoları isə arqument kimi qəbul etmirlər. Onların fikrinə görə, alimlər sözləşərək insanlara yalan nümayiş etdirirlər.

2017-ci ilin may ayında amerikalı Derril Marbl özü ilə inşaatda istifadə edilən səviyyə ölçən cihazı təyyarədə ön oturacağın arxasındakı kiçik masaya qoydu. Onun hesablamalarına görə, 23 dəqiqə ərzində təyyarə 326 km məsafə qət etməli idi. Marblın fikrinə əsasən, əgər Yer şarşəkillidirsə, təyyarənin trayektoriyası üfüqdən 8 km aralanacaq. Bu fərqi aradan qaldırmaq üçün isə pilot təyyarənin burnunu aşağı salmalıdır. Amma bu baş vermədi və deməli Yer hamardır. Qravitasiyanı isə Marbl adi teoriya adlandırdı.


Bloqçu Jeranism isə avtomobili ilə şosse yolunda 144 km məsafə qət etdi və bütün yolu lentə aldı. Onun hesablamalarına əsasən, əgər Yer şarşəkilli olsaydı, bu səfər vaxtı 1.6 km hündürə qalxmalı idi. Yol hamar olduğu və yoxuşlar olmadığı üçün deməli Yer şarşəkilli deyildi.

2017-ci ilin iyul ayında rusiyalı məktəbli Maksim Ojerelyev internetdəki video kanalında planetimizin hamar olduğu barədə versiyadan danışdı:

“Mən tullandım. Yer saniyədə 400 metr sürətlə dövr edir. Mən aşağı düşürəm, amma eyni yerə enirəm. Bəs niyə mən 400 metr aralı məsafəyə düşmədim?

Axı planet hərəkət edir!”
Bu teoriyanı müdafiə edənlər bildirirlər ki, həqiqəti insanlardan gizlədirlər. Bunu isə masonlar edir. Cəmiyyətin kosmologiyası belədir:
Yer əslində diametri 40 min kilometr olan hamar diskdir və mərkəzində Şimal qütbü yerləşir;
Günəş və Ay Yerin yuxarı səthində dövr edirlər. Ulduzlar da belə dövr edir;
Qravitasiya yoxdur;


Cənub qütbü yoxdur. Antarktida isə əslində buz divarlarıdır;
Kosmosdan çəkilən Yer fotoları saxtadır;
Günəşin ölçüsü kiçikdir və Yerə yaxındır;
Kosmonavtlar kosmosa uçmurlar, video çarxlar planetimizdə çəkilir.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə güclü zəlzələ: dağıntılar və yaralılar var
Aİ İrana qarşı yeni sanksiyalar tətbiq etdi
Polşada Rusiya ilə əməkdaşlıqda şübhəli bilinən şəxs saxlanıldı

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Rusiya sülhməramlıları niyə vaxtından əvvəl Qarabağdan getdi? - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda marketlərdən 3 minlik tütün məmulatı oğurlandı