Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10213
az

Müharibəyə saatlar qaldı: Rusiyadan ŞOK İDDİA

17:4722 Fevral, 2019
670
  • A
ABŞ Venesuela sərhədinə yaxın ərazilərə xüsusi təyinatlı dəstələr və hərbi texni

Oxu24.com  “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Vaşinqtonun təxribata hazırlığı hərb elminin bütün qaydaları ilə aparılır”, - o vurğulayıb.
Diplomatın sözlərinə görə, ABŞ və NATO Venesuela müxalifətinə silahın ötürülməsinə hazırlaşır. Zaxarova qeyd edib ki, silahlar və döyüş sursatlarının böyük partiyasının Şərqi Avropa ölkələrindən birindən alınması planlaşdırılır. O, böyuk kalibrli pulemyotlar, avtomatik qumbaraatan və daşınabilən zenit-raket komplekslərindən söhbət getdiyini deyib.
“Venesuelaya hərbi yükün çatdırılması cari ilin mart ayının başlanğıcında beynəlxalq ekspeditor şirkətinin nəqliyyat təyyarələrinin cəlb edilməsi ilə qonşu ölkənin ərazisi vasitəsilə bir neçə həyata keçirilməsi planlaşdırılır”, - Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib.
O dəqiqləşdirib ki, bu əməliyyata Ukraynanın “Antonov” şirkətini cəlb edəcəklər.
Zaxarovun sözlərinə görə, Venesuelada hadisələrin inkişafı kritik vəziyyətə yaxınlaşıb.
“Fevralın 23-də təhlükəli genişmiqyaslı təxribat nəzərdə tutulub. Vaşinqton tərəfindən idarə olunan “humanitar konvoy” Venesuela sərhədinə hərəkət edəcək. Məqdəs ölkə hakimiyyətinin tərəfdarları və rəqibləri arasında toqquşmalara nail olmaq, ölkənin mövcud qanuni prezidentin hakimiyyətdən kənarlaşdırılması üçün hərbi əməliyyata əlverişli bəhanə meydana gətirməkdir”, - o vurğulayıb
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan Müdafiə Nazirliyinin keçmiş binası partladıldı - VİDEO
Məşhur yazıçı VƏFAT ETDİ - FOTO
Türkiyə XİN təsdiqlədi: ABŞ və İran hücumdan əvvəl əlaqə qurub

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Rusiya sülhməramlıları niyə vaxtından əvvəl Qarabağdan getdi? - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Vətəndaşları aldadan şirkət rəhbərləri saxlanıldı