Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10105
az

Gürcüstan Rusiya qazı xeyrinə Azərbaycandan imtina edirmi? – Açıqlama

20:2019 Fevral, 2019
552
  • A

Gürcüstan hökuməti müddəti başa çatmış müqavilənin müddətini uzatmaq məqsədilə “Qazprom”la danışıqlar aparır. Gürcüstanın iqtisadiyyat naziri Georgi Kobuliya isə deyir ki, inhisarçılıq mühitini aradan qaldırmaq və yeganə Azərbaycanın deyil, Rusiyanın da Gürcüstana qaz satmasının tərəfdarıyıq. Həmçinin o əlavə edib ki, bu rəqabət mühiti yaradacaq ki, bu da qiymətlərə öz təsirini göstərəcək:
“İstəmirik ki, inhisarçı vəziyyət yaransın və Azərbaycan yeganə təchizatçı kimi çıxış etsin. İstəyirik ki, Azərbaycan olsun. Amma bir qədər də Rusiyadan qaz alaq. Əhalimiz və şirkətlərimiz bundan böyük fayda götürəcəklər. Minimal rəqabət yaranacaq və bu. Özünü qiymətlərdə göstərəcək”.

Məsələ ilə bağlı Oxu24.com-a danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, rəsmi Tbilisi Rusiyadan qaz almaq istəyini ortaya qoyub və bunu da heç bir siyasi və antiazərbaycan meylləri kimi qiymətləndirmək doğru deyil: lham Şaban“Azərbaycanın bəzi KİVlərinin “Gürcüstan Rusiya qazı xeyrinə Azərbaycandan imtina edir” başlıqlı yazıları boş və mənasız bir şeylərdir. Rəsmi Tbilisi Rusiyadan qaz almaq istəyini ortaya qoyub və bunu qaz mənbələrinin şaxələndirilməsi, enerji təhlükəsizliyinin dayanıqlığı amili ilə əsaslandırıb. Burada heç bir siyasi və ya antiazərbaycan baxışlı addımlardan söhbət gedə bilməz. Əks təqdirdə Türkiyə öz bazar ehtiyaclarının 15%-dək hissəsini ən bahalı İran qazı hesabına ödəyirsə, demək Ankara dost və qardaş Azərbaycana “xor baxır”? Əlbətt də ki, yox! Burada məsələ bazarda qiymətlərin tənzimlənməsi məsələsində İran faktorundan gedir. Eləcə də Gürcüstan. Rəsmi Tbilisi gözəl anlayır ki, cəmi 2 ildən sonra Azərbaycan qazının tranziti hesabına onun daxili bazarına ildə 1 mlrd m3 mavi yanacaq daxil olmağa başlayacaq. Bu, Gürcüstanın ümumi istehlakının 40%-i deməkdir. Azərbaycan Rusiyadan fərqli olaraq tranzitə görə pulla deyil, natura ifadəsində ödəniş edir və bu Gürcüstan üçün çox sərfəlidir. Ancaq Gürcüstan Rusiyadan öz istehlakının 15-20%-i qədər kommersiya qazı idxal edərsə, bunun Azərbaycana nə ziyanı? Əslində biz Qərbdə çox yaxşı bir İMİC qazanmış olarıq ki, qonşunun bazarında monopolist deyilik və rəqabət şəklində öz qazımızı satmaqla məşğuluq”.
  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Solovyov yenə geri addım atdı - Uğursuz erməni sifarişi
Dünya əhalisi ilə bağlı HƏYƏCAN TƏBİLİ: 2050-ci ilə qədər...
Çadda partlayış nəticəsində 7 hərbçi həlak olub

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Bakıda kafedə ÖLÜM