Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9822
az

Böyük oğul vəfat etmiş atasının qəza namazlarını qılmayıbsa...

23:2211 Fevral, 2019
770
  • A
Bir şəxs dünyasını dəyişərkən, öhdəsində qəza namazları qalıb. Böyük oğlu onun qəza namazlarını qılmayıbsa, bu vəzifə nəvəyə keçirmi?

Əvvəla qeyd edək ki, böyük oğulun dünyasını dəyişmiş atasının qəza namazlarını qılması hökmü yalnız şiə məzhəbindədir, əhli-sünnədə belə bir göstəriş yoxdur.

Oxu24.com bildirir ki, şiə məzhəbinə görə, ata sağlığında vacib namazları qılmayıb, vacib orucları tutmayıbsa, bunların qəzasını yerinə yetirmək böyük oğulun öhdəsinə düşür. Böyük oğul ya özü atasının qəza ibadətlərini icra etməli, ya da muzdla bunu başqasına həvalə etməlidir. Amma böyük oğul hər hansı səbəb üzündən bunu etməsə, heç kəsin öhdəsində vəzifə qalmaz. Böyük oğuldan başqa heç kim (kiçik oğul, qız, nəvə və b.) ölünün qəza namazlarını qılmağa borclu deyil. Amma bunu mərhum şəxsə ehsan olaraq istənilən şəxs edə bilər. Həmçinin, nəvə də, vəzifəsi olmadığına baxmayaraq, öz istəyi ilə babasının qəza namazlarını qılıb, qəza oruclarını tuta bilər Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sevgisiz yaşamağın üstünlükləri: Subay insanlara paxıllıq etmək üçün 4 səbəb
NATO-nun Baş katibi Ukraynaya söz verilmiş yardımın göstərilmədiyini etiraf edib
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirən şəxsə hökm oxundu