Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9522
az

Broyler toyuğu alanlar diqqətli olsun! Süni şəkildə şişirdilir

09:5001 Fevral, 2019
680
  • A
 
Gündəlik ən çox istifadə olunan qidalardan olan toyuq ətinin çəkisi bəzi hallarda heç də üzərində yazıldığı real çəkidə olmur. Bəzən işbazlar toyuğun nəmlik faizini artıraraq onun çəkisini süni şəkildə çoxaltmış olurlar.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının yoxlamları bunu deməyə əsas verir. Ümumilikdə isə qida zəncirinin bütün mərhələlərində aparılan yoxlamalar və nəzarət tədbirləri bu sahədəki neqativ halları azaldıb. Qida təhlükəsizliyi agentliyinin sədri ötən il ərzində görülən işləri açıqlayıb.

Bəzi sahibkarlartoyuğun nəmlik fazini artırmaqla çəkisini süni şəkildə dəfələrlə çoxaltmış olurlar.

Bunu qida təhlükəsizliyi agentliyinin sədri Qoşqar Təhməzli ötən ilin yekunlarina həsr olunan mətbuat konfransinda deyib.Qoşqar Təhməzlinin sözlərinə görə,vətəndaşların aldadılmasının qarşısını almaq üçün hazirda agentlik bu sahəyə ciddi nəzarət edir .

Qoşqar Təhməzli onu da bildirdi ki,ötən ilin iyul-dekabr ayları ərzində qida təhlükəsizliyi sahəsində 148 yoxlama keçirilib və 117 protokol tərtib edilməklə 105 min manata yaxın məbləğdə cərimə sanksiyası tətbiq edilib. Ümumilikdə 187 nəfər qida zəhərlənməsinə məruz qalıb. Botulizm zəhərlənməsi hadisəsi 14 olub ki, bunun da nəticəsində 1 nəfər dünyasını dəyişib. Qoşqar Təhməzlinin sözlərinə görə, restoran və şadlıq evlərində sanitar gigiyenik normaların pozulması xəstəliklərin artmasına səbəb olur.

Qida təhlükəsizliyi agentliyinin sədri onuda diqqətə çatdırdı ki, ötən ilin iyul-dekabr ayları ərzində 2000 kiloqram konserv, 2300 kiloqram bitki mənşəli qida məhsulu, 3098 kq süd məhsulu, 3620 litr spirtli içki, 31 ton üzüm qurusu, 64 ton günəbaxan tumu, 1500 ton taxıl məhsulu barədə zərərsizləşdirmə qərarı verilib. Qoşqar Təhməzli energetik içkilərlə bağlı vətəndaşları bir daha diqqətli olmağa çağırıb.

Qoşqar Təhməzli onu da bildirdi ki, qida zəncirinin bütün mərhələləri üzrə agentlik nəzarət tədbirlərini davam etdirəcək.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnsan qanı ilə qidalanan bakteriyalar aşkarlandı - FOTO
ABŞ-dən İsrailə qarşı sanksiyalar
Moskvada motosikletçini öldürən Şahin Abbasov SAXLANILDI

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Fikrət 10 gün əvvəl də tutulubmuş