Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9518
az

Günün qoroskopu: Gəlir əldə edə bilərsiniz1 Fevral 2019

00:1701 Fevral, 2019
1018
  • A
 Qoç - sizi, gerçəkdən də, maraqlandıran işlə məşğul olaraq ikinci dərəcəli işləri təxirə salın. İctimai işlərdə iştirak edin, xeyriyyə layihələrinə qatılın. Faydalı və gərəkli prosesi reallaşdırın.
Maliyyə perspektivləri pis deyil. Anlaşma, sövdələşmələr, alış-veriş üçün əlverişli zamandır.
Yaxın ətrafınızdakı insanlarla dil tapmağa çalışın. Amma kimsəyə sonadək inanmayın. Sizi tanıyanlar da bunu hiss edirlər.
Günün ikinci yarısında kiçik problemlər yarana bilər. Xoşagəlməz xəbərlər istisna deyil. Əvvəlcədən hazırladığınız planları yeni ideyalara qurban verməyin. Bu, məntiqsiz davranışdır.
Buğa - günün müsbət yönləri az deyil. Lakin ünsiyyətdə problemlər yaranacaq. Təmasda olduğunuz insanları anlamağa çalışın ki, çox kiçik məsələlərə görə mübahisələr alovlanmasın. Ünvanınıza söylənən istənilən irada sərt və qıcıqlı reaksiya verməyin. Konstruktiv tənqidə inciməyin.
Günün ikinci yarısında sizi həyəcanlandıracaq xəbərlər alacaqsınız. Sakitləşin, soyuqqanlı olun, situasiyanı araşdırın. Hər şey ilk baxışdan göründüyü kimi pis deyil.
 
Əkizlər - narahatlıq və nigaranlıq üçün səbəblər yox deyil. Lakin fəlakət saydığınız məsələ əslində xırda problemdir. Bədxahların bütün səylərinə rəğmən peşəkar fəaliyyət müstəvisində fəal olun. Orijinal addım və qeyri-standard həll tələb edən məsələlərdə uğur qazanacaqsınız. İşgüzar danışıqlarda şəxsi rəğbət ünsürü önəmlidir. Arqumentlər və sübutların arxa plana keçdiyi məqamlarda emosiyalar güclənir.
Hüquqi məsələlərin həlli, əmlak bölgüsü üçün əlverişli gündür. Hissə qapılmayın. Kimsəyə imkan verməyin ki, sizinlə manipulyasiya etsin.
Kimsə sizi çox soyuq insan saya bilər. Sevdiyiniz insanla təmaslarda həssas olun.
Xərçəng - günü planlaşdırma ilə başlayın. Təbii, bu ən sevdiyiniz məşğuliyyət deyil - amma məqsəd və tapşırıqların dəqiqləşdirilməsi olmadan gün ağır olacaq.
Mənfi təmayüllərə sinə gərməyin yeganə yolu əvvəlcədən seçdiyiniz fəaliyyət məcrası və davranış modelinə riayət etməkdir.
Sizi mübahisələrə cəlb etmək istəyənlərin vədlərinə uymayın. Mövqeyinizi bildirəndə təmkinli olun, münaqişə səbəbkarına çevrilməyin.
Alış-veriş üçün əlverişli gün deyil.
Şir - gün uğurlu alınacaq. Dürüst qərarlar qəbul edin. Diqqət və səliqə tələb olunan işlərdə kobud səhvlərə yol verməyin. Təxəyyülünüzü işə salın, aktiv davranın. Məlumat almaq, təhlil etmək və yaymaq, habelə hesabat və biznes-planlar hazırlamaq üçün əlverişli gündür. Bilik və bacarıqları artırmaq, peşəkarlıq səviyyəsini yüksəltmək olar.
Günün ikinci yarısında bütün diqqəti işlərə yönəldin. Yaxınlarınızın diqqət və dəstəyinə ehtiyacı var. Qohumlarınız sizdən yardım istəyirlər.
Qız - müsbət təmayüllərin təsiri güclüdür. Günün ilk yarısında çətinliklər yarana bilər. Onlar sizin gərəkli olan işlə məşğul olmamaq istəyinizlə bağlıdır. İfrat dərəcədə şübhəli olmayın. Yaxın ətrafınızdakı insanların sizə təmənnasız yardım etmək istədiklərinə inanın.
Enerjili və qətiyyətli olsanız, başqalarının bacarmadığı işlərin öhdəsindən gələcəksiniz. Yaxın ətrafınızdakı insanlara yardım edin. Çətin vəziyyətə düşmüş yaxınınıza həyan olun.
Tərəzi - adi günlərlə müqayisədə işgüzar aktivlik səviyyəsini aşağı salmayın. Astagəl olmayın, məhsuldar çalışın. Həmkarlarınız, rəhbərlik, tərəfdaşlar sizi tələsdirəndə qıcıqlanmayın. Münaqişə yaratmayın. Problem varsa, onu vəziyyət ciddiləşməmiş həll edin.
Hadisələrin ənənəvi axarına zidd olaraq məqsədə aşkar hərəkətlərlə can atmayın, dolayı yollarla irəliləyin. Belə olarsa, maraqlı və gülməli duruma düşəcəksiniz.
Axşam saatlarında normal istirahət edin.
Əqrəb - işgüzar tərəfdaşlarla ünsiyyətdə problemlər yarana bilər. Sözləriniz yanlış anlaşılır, ortaq məxrəcə gəlmək çətinləşir. Şəxsi münasibətlər və rəğbət hesabına təmaslar qurmaq cəhdləri uğursuzluğa düçar olur. Başqasının xoşuna gəlmək üçün nə qədər çox çalışsanız, bir o qədər güclü mənfi reaksiya ilə qarşılaşacaqsınız.
Peşəkarlıq, təcrübə və biliklərə "stavka" edin.
Şəxsi həyatda da vəziyyət asan deyil. Sizinlə manipulyasiya edir, dalana dirəmək istəyirlər. Hər şeyə rəğmən situasiya müşkül və qorxulu deyil. Yetər ki, yaşananlara fərqli mövqedən baxın.
Yaşam potensialı səviyyəsi aşağı düşüb. Özünüzü çox yormayın.
Oxatan - uğurlu və münasib gündür. Bir çox işlərin öhdəsindən gələcəksiniz. Baş verənlərə rəğmən əhvalınızı pozmayın, nikbin olun. Yaxın ətrafınızdakı insanlar sizə güvənirlər. İşdə rəhbərliklə, kommersiya layihələrində nüfuzlu insanlarla söhbətlər üçün münasib zamandır. İdeyalarınız dəstəklənəcək.
Axşam saatlarında diqqət mərkəzində olacaqsınız. Sizi həvəslə dinləyəcəklər.
Şəxsi münasibətlərdə rəvan zamandır.
Oğlaq - çox uğurlu gündür, Yaşamınızda dəyişiklik etmək istəyirsinizsə, konkret olun. Az vaxt və səy sərf etməklə məqsədə çatmağa çalışın. Yeni gəlir mənbəyi aşkarlamaq, yaxşı pul əldə etmək olar.
Səfər və ya səyahət üçün pis gün deyil.
İdeya və ya istəklərinizi yaxın ətrafınızdakı insanlar dərhal anlamırlar. Səbrli olun. Niyyətinizi başa salmaq üçün vaxta qənaət etməyin. Yalnız bundan sonra sizi dəstəkləyəcəklər.
Dolça - maraqlı və məhsuldar gündür. Bir yerdə oturmayın. Yaşanan proseslərə qatılın, hadisələrin aktiv iştirakçısı olun. Yeni işlərə başlamaq olar. Bir şərtlə ki, tərəfdaş və ya həmkarlarınız sizi dəstəkləsin.
Günün ikinci yarısında emosional fon əlverişlidir. Əhvalınız yaxşılaşacaq. İşlərdə sürətli irəliləyiş olacaq. Yanınızdakı insanlar sizə kömək edəcəklər. Alış-veriş üçün münasib zamandır.
Gəlir əldə edə bilərsiniz.
Balıqlar - maraqlı gündür. Bilik, bacarıq və potensialınızı nümayiş etdirə bilərsiniz. Nüfuzlu insanlar sizi dəstəkləyəcək. Yeni müttəfiq tapa bilərsiniz. Dəvət aldığınız tədbirdə diqqət mərkəzində olacaqsınız.
İşgüzar danışıqlar, müzakirələr, təhlillər, konfrans və seminarlar üçün əlverişli zamandır.
Yaşam və fəaliyyət arealında dəyişikliklərlə yeniliklərə ehtiyac var. Səfər və səyahət üçün yaxşı zaman deyil. Yol sizdə ciddi yorğunluq yarada bilər.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu bürc böyük uğur qazana biləcək - yüksək gəlir əldə edəcəklər
2024-ün ən şanslı 3 bürcü açıqlandı
Günün qoroskopu: Mühüm qərarları tələsmədən qəbul edin7 Oktyabr 2023 

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Tovuzda 40 yaşlı kişi FACİƏLİ şəkildə öldü