Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9040
az

Yaşadığınız ev sizi necə aram-aram öldürür? – Əgər il boyu xəstəsinizsə, bu məqama diqqət!

11:0818 Yanvar, 2019
1518
  • A
 

İnsanın evi onun qalası, sığınacağı, ruhlandığı bir yerdir. Əgər insan çox xəstələnirsə, deməli, onun evində də xəstəlik yaradan səbəblər var.
Müasir insanı təhlükə altında qoyan səbəblərdən biri də elə yaşadığı evdir. Müasir evlər də qidamız kimi zərərlidir.

Medicina.az bir evin,mənzilin insanı, ailəni necə -necə zamanla, yavaş-yavaş məhv etməsi ilə bağlı maraqlı araşırmanı təqdim edir.
 
Evdəki hava – təmizdir, ya allergen?

Toz və toz gənəsi hava ilə keçən ən yayılmış və güclü allergendir. İnsan onu aldığı hava ilə udur. Çox zaman körpələrdə və yaşlı insanlarda səbəbsiz sonra da allergiyaya bağlanan öskürək, xüsusən yatanda qıcıqlanma, öskürək məhz evdəki toz gənəsindən olur. Sübut olunub ki, 65% astmalı xəstələr toz gənəsinə həssasdır, ondan astma tutmaları olur. Ona görə astmalı insanların yaşadığı yer maksimum təmiz havalı olmalıdır.

Toz və gənələr çarpayı matraslarında, yorğan-döşəkdə, çarpayı, mebel altında daha çox yığılır. Astmalı xəstələrin yaşadığı mənzilə mexaniki ventilysiya quraşdırıldıqda, hər 100 qram tozda olan gənələrin faizi 20-ə düşdü. Bu da təhlükəsiz göstəricidir. Ona görə toz gənəsindən allergik reaksiya olmasında deyə otaqlar müntəzəm havalandırılmaılı, pəncərələr açılmalıdır.

Nəm, rütubətli ev də allergiklər və astmalılar üçün təhlükəlidir, nəmişlik gənələri artırır.
 
Məişət kimyası – bahalı yuyucu vasitələrlə zəhərlənən ev

 Marketlərdə rəf-rəf düzülmüş bir-birindən yaxşı, bahalı, təmizlik vəd edən yuyucu vasitələr, gellər sizə elə gəlir ki, evinizi, hamamı, mətbəxi bakteriyalardan qoruyur. Lakin bu məhsullar da kimyəvi maddələrdən hazırlanır və sağlamlıq üçün zərərlidir.
 
Amerikalı ekspertlər məişət kimyəvi məhsullarının tərkibini araşdırıb. Məlum olub ki, amerikanlar özləri hər gün bir neçə qrup kimyəvi təhlükəli maddələrlə təmasda olurlar. Bu maddələrdən ən məşhuru ftalatlardır. Ftalat çox yuyucu vasitələrə qatılır. Ftalatlar insanın hormonal balansını pozur, kişilərdə testosteronu azaldır. Kanserogen maddədir və uşaqlarda onkologiyaya yol açır.

Amerikalıların evində həm də  fenol izlərinə rast gəlinib. Bu maddə ev ətirləndiricilərinin tərkibindəolur. O, toza hoparaq, tozla birgə mebel və döşəmədən insanın tənəffüs yollarına keçir. Bu da qadınlarda cinsi hormonları, reproduktiv sistemi pozur, uşaqların inkişafını ləngidir, immuniteti zəiflədir. Nəticədə müxtəlif şişlər yaranır.

Bunlara yol verməmək üçün daha organik, az qatqılı vsitələr almalı, bu vasitələrlə yuduqdan sonra otaqları havalandırmalı, pəncərələri açıq qoymalı, ekoloji vasitələrdən istifadə etməli. Uşaqların otağını və əşyalarını daha təmiz vasitələrlə yumalı, ya da dədə baba qaydası ilə soda, duz, sabun, sirkə kimi vasitələrdən istifadə etməli.
 
Ətirli qoxular – şamlar, ev təmizləyicilər

Ətirləndirilmiş şamlar, otaq havasını ətirləndirənlər, müxtəlif dadlı, şirin, xoş qoxulu vasitələr alıcılara elə təqdim olunur ki, sanki onlarsız həyat olmaz. Amma bu vasitələrdə qurğuşun var. Ətirli şam yandıqda, qurğuşun konstrasiyası normanı keçir və təhlükəli həddə çatır. Bəzən bu şamlar havaya toksiki qaz olan formaldegid buraxır. Ətirli buxur və şamların tüstüsündə isə benzol var.
 
Alimlər ümumiyyətlə belə vasitələrin alınıb istifadəsini məsləhət görmür. Onlar astma, bronxit, dermatit, bəzi genetik mutasiyalar yarada bilir. Evi ətirləndirmək üçün təbii efir yağları və aromalampadan istifadə etməyi, təmiz mum şam alıb ona ətirli meyvə suyu çəkib yandırmağı daha sağlam hesab edir.
 
 

Otaq bitkiləri

Bəzi dibçək bitkiləri zəhərli, toksiki ola bilər. Onlardan buxarlanan maddələr baş ağrısı, zəhərlənmə verir, ürəyin işinə təsir edir. Oleandr adlı birkini evdə saxlamayın. Elə bitkilər də var ki, yataq otağında olduqda astma bronxit əlamətlərini kəskinləşdirir. Bir çox bitkilərə əlcəksiz qulluq etməyin, sonra əllərinizi yuyun. Ümumiyyətlə, hər gözünüzə xoş gələn bitkini evə daşımayın.

Kif

Hər evdə hansısa küncdə, dolab arxasında, santexnika olan yerlərdə kif göbələkləri inkişaf edir. Rütubət, nəm çox olan yerlərdə isə kif norma həddini keçir. Təmizlədikcə yenə yaranır. Kif allergiya, gözlərdə qaşınma, boğazda qıcıqlanma, öskürək, dəridə qızartı verə bilər. Əgər ailə üzvlərindən biri iloyu allergiya, öskürəkdən əziyyət çəkirsə, deməli, problem bədəndə yox, evdə, yəni kifdə və tozdadır. İmmun defisiti və xroniki ağciyər xəstəlikləri olan xəstələr üçün kif çox təhlükəlidir. Hər nəfəs aldıqca kifdən qaynaqlanan zərrəciklər ağciyərlərə gedir.

Vanna otağı, mətbəxdə kif yaranan yerlərin quruluğunu təmin etmək, ayda bir dəfə baxmaq, təmizləmək. Su borularının axmasının qarşısını almaq. Otaq havasını quru saxlamaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Palmali”nin gəmisi 600-dək miqrantı dənizdə batmaqdan xilas etdi
Polis qadını iş başında tutdu: Görün nə edirmiş +VİDEO
SON DƏQİQƏ! İcra Hakimiyyəti gecə saatlarında açıqlama yaydı

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Bakıda kafedə ÖLÜM