Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8900
az

DİN maşınlarını satışa çıxardı (QİYMƏTLƏR)

11:0114 Yanvar, 2019
625
  • A
 Daxili İşlər Nazirliyi ona bilavasitə tabe olan qurumun balansındakı avtomobilləri hərraca çıxarıb.

Oxu24.com  xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının avtomobillərinin satışı üçün hərrac təşkil edəcək.

12 fevral tarixində keçirilməsi gözlənilən hərraca ümumilikdə 12 avtomobil çıxarılıb.

DİN hərraca 5 ədəd BMV-320, 4 ədəd "Fiat Doblo” və hərəsi bir ədəd olmaqla "Fiat Kombi Aktiv”, QAZ-3110 və "Volksvagen Passat” avtomobilləri təqdim edib.

Hərraca ən yüksək qiymətə rəqdim edilən avtomobillər BMV-320 markalı avtomobillərdir ki, ilkin start qiyməti 5200 manatdan başlayır.

"Fiat Dablo”ların ilkin start qiyməti isə 4500 manatdır.

Nazirliyin hərraca ən aşağı qiymətə təqdim etdiyi avtomobil isə QAZ-3110-dur ki, onun da qiyməti 2000 manatdan başlayır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
Ceyhun Bayramov Çexiyaya yola düşdü

12 barmağı  uşaq dünyaya gəlib

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Elza Seyidcahan:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı