Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8873
az

“Whatsapp”a barmaq izi skanı olacaq — FOTO

12:3013 Yanvar, 2019
706
  • A
 “Whatsapp”ın “Android” versiyasında messencerin istifadəçinin barmaq izi ilə qorunması funksiyası aşkar edilib. Lakin bu funksiya adi istifadəçilərdən hələlik gizlədilib.
"Oxu24.com"un məlumatına görə, sözügedən funksiya messencerin "Gizlilik" ayarlar bölməsində aşkar edilib. Bu funksiya aktivləşdiriləndə ayrı-ayrı çatlar deyil, messencerin özü tamamilə bloklanır.

Əgər smartfonun barmaq izi skanı texnologiyası hansısa səbəbdən istifadəçinin barmaq izini təyin etmirsə, onda "Whatsapp"ı "Android"in standart blokdan çıxartmaq üsulu ilə (qrafik şifrə, PIN kod və ya adi şifrə) aktivləşdirmək olar. Messencerin "iOS" versiyasında bu funksiya hələ keçən ilin yaz fəslində ortaya çıxmışdı. Lakin "iOS" versiyada da funksiya hələlik test mərhələsində çalışır və yalnız az istifadəçi kütləsi üçün aktiv edilib.
Yeni funksiyanın rəsmi olaraq nə zaman təqdim olunacağı məlum deyil. Lakin bu, qısamüddətli təcrübə olsa idi çətin ki, tərtibatçılar buna bu qədər zaman ayırardılar. Messencerin beta versiyasında ortaya çıxmış daha bir maraqlı funksiya da ondan ibarətdir ki, bundan sonra istifadəçi göndərəcəyi audiomesajı göndərməmişdən öncə dinləyə biləcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukraynada 50 min insan itkin düşüb - Şok rəqəm
Alma qabıqlarını belə istifadə edin: Faydaları bitmir - FOTO
“Gecə-gündüz dua edirdim ki, divanımız olsun” – VİDEO

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qazax sakini buna görə tutuldu