Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7882
az

Gələn il kişilərin və qadınların pensiya yaşı belə olacaq - CƏDVƏL

19:3212 Dekabr, 2018
883
  • A
 Azərbaycanda gələn il üçün kişilərin və qadınların pensiya yaşı daha 6 ay artacaq.

Oxu24.com  modern.az-a istinadən xəbər verir ki, 1 iyul 2018 - 30 iyun 2019-cu il tarixində kişilərin pensiya yaşı  64, qadınların isə 61 olacaq.

1 iyul 2019 - 30 iyun 2020-ci il tarixində isə kişilərin pensiya yaşı  64 il 6 ay, qadınlarınkı isə 61 il 6 ay olacaq.

Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanuna edilmiş sonuncu dəyişikliklərə görə, kişilərin və qadınların pensiya yaşı dəyişdirilib.

Belə ki, "Əmək pensiyaları haqqında"  qanunun 4.1-ci maddəsində (Yaşa görə əmək pensiyası hüququ) göstərilib ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var.

Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq müəyyənləşdirilir.


Dövr
Kişilər üzrə pensiya yaşı
Qadınlar üzrə pensiya yaşı
1 iyul 2017 - 30 iyun 2018
63 il 6 ay
60 il 6 ay
1 iyul 2018 - 30 iyun 2019
64 il
61 il
1 iyul 2019 - 30 iyun 2020
64 il 6 ay
61 il 6 ay
1 iyul 2020 - 30 iyun 2021
65 il
62 il
1 iyul 2021 - 30 iyun 2022
65 il
62 il 6 ay
1 iyul 2022 - 30 iyun 2023
65 il
63 il
1 iyul 2023 - 30 iyun 2024
65 il
63 il 6 ay
1 iyul 2024 - 30 iyun 2025
65 il
64 il
1 iyul 2025 - 30 iyun 2026
65 il
64 il 6 ay
1 iyul 2026 və sonra
65 il
65 il Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Gecə-gündüz dua edirdim ki, divanımız olsun” – VİDEO
Qara dəliyin ən aydın görüntüsü çəkildi - Fotolar
Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Bakıda kafedə ÖLÜM