Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7483
az

Azərbaycanda qış necə keçəcək? – Proqnoz

20:0828 Noyabr, 2018
922
  • A
 Qış fəsli ərzində ayrı-ayrı dövrlərdə havanın temperaturu aşağı enəcək.

Bunu Oxu24.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, son illərin məlumatı onu göstərir ki, Bakıda və Abşeron yarımadasında, respublikanın rayonlarında şaxtalı günlərin və gecələrin sayı azalıb:

“Biz baza illər olan 1961-1990-ci illər arasında müqayisə aparırıq. Eyni zamanda, 1991-2017-ci ilin məlumatlarını qiymətləndirmişik. Nəticədə, müəyyən olunub ki, Bakı şəhərində yalnız dörd ildə 1964, 1969, 1972 və 1977-ci illərdə havanın orta minimal aylıq temperaturu mənfi 0,4-2,3 dərəcə şaxta təşkil edib.

1991-2017-ci illər arasında isə yalnız bir dəfə – 2008-ci ildə orta minimal aylıq temperatur mənfi 1,4 dərəcə şaxta olub. Ümumiyyətlə, qış fəsli üçün Bakı və Abşeron yarımadasında havanın orta temperaturu müsbət 3,2 dərəcədir. Ölkənin relyefinə və Xəzər dənizinin yaxın olmasına görə qış yumşaq keçir. Abşeron yarımadası üçün kəskin şaxtalar səciyyəvi deyil”.

Umayra Tağıyeva bildirib ki, Avropa ortamüddətli proqnozlar Mərkəzinin apardığı nəticələr göstərir ki, bizim regionda bu qış fəslində havanın temperaturu iqlim norma göstəricilərdən 0,5-1 dərəcə yuxarı olacaq:

“Bu, o deməkdir ki, qışın şaxtalı keçməsi ehtimalı azdır. Əlbəttə ki, qış fəsli ərzində ayrı-ayrı dövrlərdə aktiv hava kütlələri də daxil olacaq, temperatur aşağı enəcək. Amma bu dövrlərin çox davamlı olması pronozlaşdırılmır. Mülayim günlər soyuq, şaxtalı günlərlə müqayisədə üstünlük təşkil edəcək”.

Nazirlik rəsmisi qeyd edib ki, meteoroloji müşahidələrə görə, fevral ayında günlərin sayı bir qədər az olmasına baxmayaraq, Azərbaycanda bu ayda şaxtalı günlərin sayı daha çox olur:

“1961-ci ildən 2017-ci ilə qədər məlumatlar təhlil olunub. Müəyyən edilib ki, bu dövr ərzində fevral ayında Bakı və Abşeron yarımadasında cəmi 302 gün şaxtalı hava temperaturu müşahidə edilib.

Bu da yanvar ayı ilə müqayisədə 18 gün çoxdur. Dekabr ayında isə bu göstərici xeyli aşağı olub. 1961-1990-cu ilə nəzər salsaq, ən soyuq ay yanvar ayıdır”.

Paylaş: Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Psixoloji şəkil TESTİ: Gələcəyiniziortaya qoyacaq
Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - SİYAHI
Bakının bu əraziləri tezliklə PLANA DÜŞƏCƏK

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO