Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7204
az

DİQQƏT! - Sabah Bakının bu rayonlarında qaz olmayacaq

19:0819 Noyabr, 2018
897
  • A
Bakı şəhəri Xətai və Binəqədi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Oxu24.com xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, Xətai rayonu Ağ şəhər ərazisində yeni çəkilmiş diametri 400 mm-lik polietilen orta təzyiqli qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi və Binəqədi rayonu Cavadxan və M.Kazımovski küçələrinin kəsişməsində ayrılan yeraltı diametri 159 mm-lik orta təzyiqli qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, həmçinin Zahid Qəmbərov küçəsində yeni çəkilmiş diametri 315 mm-lik polietilen qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar, 20 noyabr 2018-ci il tarixdə saat 10:00-dan təmir işləri tamamlananadək Xətai rayonu, Xocalı,Nobel,Babək prospektləri, UPD qəsəbəsi, Yusif Səfərov, Sabit Orucov, Fəzail Bayramov küçələrinin eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə və Xutor qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işlərinin Yeni Yasamal yaşayış massivi, Şərifzadə, Vasif Əliyev və Xıdır Mustafayev küçələrinin bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.


Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. "Azəriqaz" İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
Mütəxəssislər xəbərdarlıq edir: Əl və ayaqların uyuşması şəkər xəstəliyinin əlaməti ola bilər
Küçə bazarı: İsti havalarda bunlara mütləq diqqət edin – MÜTƏXƏSSİS DANIŞDI

Üç bürcə XƏBƏRDARLIQ: Mayın ikinci həftəsi sizin üçün çətin olacaq

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ