Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7198
az

TƏCİLİ XƏBƏR! Bu şəxslər vergi ödəyəcək: Ofisiantlar, dərzilər və daha kimlər...

15:3419 Noyabr, 2018
920
  • A
  Azərbaycanda bəzi fəaliyyət növləri sadələşdirilmiş vergiyə cəlb ediləcək.

Oxu24.com  xəbər verir ki, bu barədə Vergi Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklərdə nəzərdə tutulub. Belə ki, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), fərdi qaydada bərbər və dərzi fəaliyyəti ilə məşğul olan şəxslər də sadələşdirilmiş vergi ödəyicisi olacaqlar.
Ofisiantlar sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ - 30 manat, bərbərlər 20 manat, dərzilər 10 manat ödəyəcəklər.

Digər dəyişikliyə əsasən, sadələşdirilmiş vergi (məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2% dərəcə ilə hesablanacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukraynada 50 min insan itkin düşüb - Şok rəqəm
Alma qabıqlarını belə istifadə edin: Faydaları bitmir - FOTO
“Gecə-gündüz dua edirdim ki, divanımız olsun” – VİDEO

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qazax sakini buna görə tutuldu