Şeyxin səfər etdiyi təyyarəyə yüklənən 2 ton şərab və azan səsindən rahatsız olan Abel Məhərrəmov..


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Загрузка...
 Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin rektoru Abel Məhərromovun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Avropa.info xəbər verir ki, bu sərəncam ictimaiyyət tərəfindən sözün əsl mənasında alqışlarla qarşılandı. Mətbuatın yaydığı məlumata görə, Bakı Dövlət Universitetinin artıq keçmiş rektoru Abel Məhərrəmov işdən çıxarılması barədə sərəncama qəfil yaxalanıb.
Ötən gün əvvəlcə sosial şəbəkələrdə Abel Məhərrəmovun işdən çıxarıldığı haqda şaiyələr yayılıb. Saytlardan biri rektora zəng vurub və bu şaiyələrə münasibətini soruşub. A.Məhərrəmov bu məlumatları təkzib edib: “Hazırda işdəyəm, pedaqoji kollektivin iclasını keçirirəm”. Lakin bu vaxt KİV-lərə rektorun dini tolerantlıq mövzusunda konfransda iştirak etmək üçün getdiyi İspaniyada, Madriddəki “Eurostar Madrid” otelində bərk içib Azərbaycan nümayəndə heyətinin üzvləri, yaxud konfransı təşkil edən Əli Evsenlə dava saldığı barədə dumanlı təfərrüatlar sızdırıldı. 
Habelə rektorun Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin də səfər etdiyi təyyarəyə İspaniyada səfir işləyən oğlu üçün çəlləklərdə 2 ton ağırlığında şərab yükləyib apardığı da bildirilirdi. Həmin şərab İspaniyada ispan şərabı adı altında qablaşdırılıb və bu dəfə butulkalarda Bakıya qaytarılıb, Abel Məhərrəmovun restoran və şadlıq evlərində satılmaq üçün nəzərdə tutulubmuş.
Artıq BDU-nun keçmiş rektoru olan Abel Məhərrəmov İlhaiyyat məscidinin bağlanılması üçün illərlə çalışdı. “Azan səsi məni evimdə narahat edir” deyib, İlahiyyat məscidində azan verilməsinə qadağa tətbiq etdirməyə çalışdı. Allah evini sökdürüb yerində bina tikdirmək üçün illərlə çırpışdı. Və sonunda rəzil və alçaldılmış bir vəziyyətdən işdən qovuldu. Məhərrəmovun işdən çıxarılmasına sevinənlər yalnız inanclı kəsim deyil.
Ölkə ziyalıları, vaxtilə BDU-da çalışan bir çox alimlər Məhərrəmov erasının rüsvayçı sonunu sevinclə qarşıladılar. Abel Məhərrəmovu işdən qovmaqla Prezident İlham Əliyev məmurları xəbardar edir: Harınlamayın, qudurmayın, insanları alçatmayın. Kim ölçü götürməyəcəksə, Məhərrəmovun ardınca gedəcək. Azərbaycan təcrübəsində harınlığa görə işdən çıxarılan məmurlar maliyyə mənbələrindən də məhrum edilirlər. Bu, anlaşılandır. Mahiyyəti satqınlıq olan simaların müxalifətə keçmək imkanlarını minimuma endirə bilmək üçün hakimiyyət bu yolu seçir. Quduran məmurları qorxudan da elə budur. Onlar eyni zamanda korrupsiya yolu ilə malik olduqları milyonlardan və mülklərdən də məhrum edilə bilərlər. Odur ki, müqavimət göstərirlər.
Mahiyyət etibarilə xislətləri xəyanətlərdən yoğurulmuş bəzi harın məmurlarla islahatlara getmək risklidir. Lakin ölkə rəhbəri belə bir riskə gedir və uğur qazanır. Digər tərəfdən, baş verənlər harın məmurların sonunun gəldiyini deməyə əsas verir. Bir sözlə, ölkə rəhbəri tezliklə komandasını dəyişəcəyini nümayiş etdirir. Ölkə rəhbəri isə xalqı təngə gətirən məmurların karyerasına son qoyur və sadə vətəndaşa söykənir. Əslində, Abel Məhərrəmovun və onun kimi rüşvətxor məmurların hakimiyyət dəhlizlərindən qovulması məxməri inqilab təsiri bağışlayır. Siyasi hakimiyyət ciddi kadr rotasiyalarına və islahatlarına gedir. Bütün bunlar orta statistik Azərbaycan vətəndaşı tərəfindən təqdir edilir. Siyasi elita sübuta yetirdi ki, müxalifətin və Qərbin təzyiqləri ilə deyil, xalqın istəyi ilə dəyişikliklərə gedəcək.
Avropa.infoya daxil olan məlumata görə, yaxın günlərdə daha bir neçə iri ranqlı məmur da tutduğu vəzifədən azad ediləcək və artıq bununla bağlı qərar verilib. İşdən qovulan harınlamış məmurlar dövlət rəhbərinin qərarlarını sabotaj etmək barədə fikrə düşsələr, onları həbs gözləyir. Xalqın incidən heç bir məmura güzəşt edilməyəcək. Bu siyasi hakimiyyətin yeni mərhələ üçün idarəçiliyin təməl prinsipidir…
Avropa.infonun ekspert qrupu  




Paylaş:


16-noy, 2018 314
Загрузка...
 
loading...


 
Facebook səhifəmiz