‡агрузка...

40 min qəbirin arasından tapılan CAVİDİN nəşi Azərbaycana NECƏ GƏTİRİLDİ?

loading...
 
O, Azərbaycan ədəbiyyatının söz və fikir zadəganıdır. "Gözəllik namına, sevqi namına" yazan böyük sənətkar həyatı bahasına olsa da, öz sənət idealına xain çıxmadı, onu satmadı. Gözəllik və sevgi şairi idi və eləcə də qaldı. O, klassik Azərbaycan ədəbiyyatının ənənələrini inkişaf etdirən sənətkarlardandır. Söhbət XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən olan Hüseyn Caviddən gedir. Nəşi uzun illər vətəndən uzaqda qalmış və uzun müddət davam edən səylərdən sonra 1982-ci ilin bu günü vətənə gətirilmişdi.

Cavid kim idi?

1882-ci ildə Naxçıvanda - Kəngərli rayonunun Şahtaxtı kəndində ruhani ailəsində doğulan Cavid ibtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdı. 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdi. İstanbul Universitetininədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdi. 1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlərlə qayıtmışdı.
Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" (1914), "İblis" (1918), "Peyğəmbər" (1922), "Topal Teymur" (1925), "Səyavuş" (1933), "Xəyyam" (1935) kimi əsərlər onun inciləridir.


Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva bilmir, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırırdı. Ona görə də Cavid Sibir buzlaqlarına, Maqadana sürgün edilmişdi, 5 dekabr 1941-ci ildə İrkutsk vilayətində vəfat etmişdi.

Bəraət alması və Azərbaycana gətirilməsi ilə bağlı qərar

1956-cı il martın 6-da Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə Hüseyn Cavid bəraət aldıqdan sonra onun cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsinə bir neçə dəfə cəhd göstərilsə də, sovet ideologiyasının hökm sürdüyü SSRİ məkanında belə bir məsələnin reallaşması çətin olduğundan, Sibirdəki dəmir seyflərin açılması, “sovsekretno” sənədlərin öyrənilməsi, Cavidin məzarının Sibirdə axtarılıb-tapılması və nəhayət onun Azərbaycana gətirilməsi üçün müvafiq icazələrin alınması o dövrdə həllini tapmamışdı.
Heydər Əliyevin göstərişi ilə 1982-ci il oktyabrın 12-də Naxçıvan Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarının tapılması, cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı qərar qəbul etdi və bu işin icrası Naxçıvan Vilayət Partiya Komitəsinin katibi kimi mənə həvalə olundu. Naxçıvan Vilayət Partiya Komitəsinin qərarından sonra heyət muxtar respublikanın daxili işlər nazirinin müavini, polkovnik Telman Əliyev və SSRİ deputatı Zakir Nəsirovla Sibirə yollandı.

1982-ci ildə Naxçıvan Vilayət Partiya Komitəsinin katibi olmuş Həmid Cəfərov həmin günləri belə xatırlayır:

“Qərarın icrası məsuliyyətli və çətin olsa da, məhz onun arxasında Heydər Əliyevin adı durduğu üçün heç bir müşküllükdən söhbət gedə bilməzdi. Bu qərarın icra olunmasına bilavasitə Heydər Əliyevin özü rəhbərlik edirdi”.

 
Rusiyadan Naxçıvana gətirilməsi

Heydər Əliyev “Bakinski raboçi” qəzetinə verdiyi müsahibələrin birində qeyd edirdi ki, o, Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən Azərbaycana gətirilməsi üçün SSRİ kimi nəhəng bir dövlətin “birinci şəxsinə” - Sov.İKP MK-nın Baş katibi Leonid Brejnevə, həmçinin SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri Yuri Andropova müraciət etmişdi. Bu məsələni həll etmək üçün SSRİ kimi böyük bir dövlətin rəhbərliyi yanında yüksək nüfuza sahib olmaq və onun icazəsini almaq vacib idi.

Sibirə səfərə göndərilən heyət ilk günündən başlayaraq Cavidlə bağlı bir sıra arxiv sənədləri öyrəndi. Müəyyən edildi ki, Hüseyn Cavid 1941-ci il dekabrın 5-də İrkutsk vilayəti Tayşet rayonunun əlillər xəstəxanasında vəfat edib, Şevçenko kəndindəki qəbiristanlıqda 59 saylı qəbirdə dəfn olunub. Üç gün sonra isə Sov.İKP İrkutsk Vilayət Partiya Komitəsində görüş zamanı Cavidin məzarının yerinin müəyyən edilməsinə, bununla əlaqədar İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndini, 1940-cı illərdə burada yerləşən 21 saylı kaloniyanı və əlillər xəstəxanasını tanıyan adamların tapılmasına sərancam verildi.


Sibirdə olarkən Cavidin sakini olduğu əlillər evinin 1956-cı ildə dağıdılması, Sibirin sıx meşələrindəki Şevçenko kəndinin itib-batması, orada indi heç kimin yaşamaması haqda məlumatlar mövcud idi. Eyni zamanda bildirilirdi ki, 30 dərəcə şaxtada həmin yerlərə getmək həm mümkünsüz, həm də təhlükəlidir. Müəyyən çətinliklərdən sonra zirehli maşınlar 1982-ci il oktyabrın 21-də Tayşet şəhərindən 75 kilometr məsafədə yerləşən Şevçenko kəndinə istiqamət aldı. Bu səfərə rəsmi olaraq partiya, hüquq-mühafizə, ədliyyə, səhiyyə orqanlarının məsul işçiləri qatılmışdılar. 1941-ci ildə Cavidin sakini olduğu islah-əmək düşərgəsində keşikçi dəstəsinin rəisi işləmiş 72 yaşlı Darafiy Tradyakola qətiyyətlə bildiridi ki, Şevçenkoda 40 min insanın dəfn olunduğu qəbiristanlıq dağılmayıb. Heyət oktyabrın 21-də Şevçenko kəndinə çatdı. Kənd 100 hektarlarla ərazisi olan sərt Sibir meşəsi idi. Məzarlıq tapıldıqdan sonra iki saat davam edən axtarış nəticəsində Şevçenko rayon prokuroru Yelena Xaritinova 59 saylı qəbiri taparaq onun açılması üçün sanksiya imzalandı və Cavidin qəbri qazıldı.

Planlaşdırdığı kimi Hüseyn Cavid Şevçenko-Tayşet-İrkutsk-Moskva-Yerevan-Naxçıvan marşrutu ilə Naxçıvana qayıtmalı idi. İrkutskdan Moskvaya uçarkən Heydər Əliyevin göstərişi ilə oktyabrın 26-da 861-ci reyslə Moskvadan birbaşa Bakıya uçmalısınız. Heydər Əliyevin bu tapşırığı ilə marşrut dəyişildi. Buna səbəb Cavidin nəşinin İrəvandan keçməməli olması idi.

1982-ci il oktyabrın 26-da Hüseyn Cavidin nəşi Moskvadan Bakıya, sonra isə Naxçıvana gətirilir. Naxçıvanda - evinin qarşısında dəfn olunur.
loading...




Paylaş:


26-okt, 2018 344
Загрузка...

loading...