Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5869
az

Bakı metrosunda yeyinti olub - Palata məlumat yaydı

12:3306 Oktyabr, 2018
930
  • A
Hesablama Palatası “Bakı Metropoliteni”ndə apardığı audit nəticəsində ciddi nöqsanlar aşkarlayıb. Nöqsanlar büdcə vəsaitlərindən tutmuş, gəlirlərin düzgün göstərilməməsi, mal və xidmətlərin alınmasına qədər müxtəlif sahələri əhatə edir.

Oxu24.com  xəbər verir ki, hesabat 2016-2017-ci illərin maliyyə-təsərrüfat fəaliyyətini əhatə edib.

Məlum olub ki, “Bakı Metropoliteni” 2017-ci il üzrə dövlət büdcəsi vəsaitlərinə proqnoz təqdim edərkən daşıdığı sərnişinlərin sayındakı artımın gəlirlərə və xərclərə təsirini nəzərə almayıb. Büdcə xərclərinin təsnifatı tələbləri pozulub və dövlət büdcəsindən alınan subsidiya vəsaitləri başqa paraqraflarda nəzərdə tutulub.

Bundan başqa, istismar və investisiya xərcləri üzrə müqavilələrin bağlanılması və icrasında uyğunsuzluqlara yol verilib. Aşkar olunan dörd fakt üzrə bank zəmanətlərinə əsasən, 2016-cı ildə vəsaitlər köçürülsə də, mallar idxal edilməyib. Debitor borcların bağlanılması üçün zəruri tədbirlər görülməyib, bir halda isə kreditor borc, ümumiyyətlə, tanınmadan ödənilib. Vergi Məcəlləsinə zidd olaraq bir neçə halda ƏDV məbləği artıq əvəzləşdirilib.

2017-ci ildə qara və əlvan metalın satışı ilə bağlı faktiki dövriyyə vergiyə təqdim edilən ƏDV bəyannamələrində azaldılıb və nəticədə büdcəyə ödənilməli ƏDV məbləği köçürülməyib. Stansiyaların ərazisində dövlət əmlakından istifadəyə görə icarə haqqının hesablanması üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında məsələ qaldırılmayıb.

2016-cı ilin yekunları üzrə mənfəət vergisi bəyannaməsində gəlirdən çıxılan xərclərinin tərkibində enerji xərcləri düzgün göstərilməyib, bəzi xərclər gəlirdən çıxılan xərclərə daxil edilib. Maya dəyəri artırılmaqla balans zərəri artırılıb, daxili audit xidməti formalaşdırılmayıb.

Dövlət satınalmaları zamanı müvafiq bildirişlər dərc edilməyib, müqavilə haqqında məlumatlar rəsmi internet saytında yerləşdirilməyib, kotirovka sorğusu prosedurları düzgün keçirilməyib. Potensial imkanı olan malgöndərənlərin siyahısı tərtib edilməyib, mallar (işlər və xidmətlər) satın alınarkən satınalma metodundan istifadə edilmədən müqavilələr bağlanılıb və icraçılardan satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı alınmayıb.

Satınalma prosedurlarına dair sənədlər toplusu tam hazırlanmayıb, iddiaçılar tərəfindən ixtisas göstəricilərinə dair sənədlər tam təqdim olunmayıb və müqavilənin yerinə yetirilməsi təminatı alınmayıb.

Təmiri və tikintisi həyata keçirilmiş obyektlərin bütövlükdə layihə-smeta sənədləri ekspertiza olunması üçün aidiyyəti üzrə vaxtında təqdim edilməyib. “Bakı Metropoliteni”nin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş 24 tədbirdən 19 tədbir üzrə işlər başa çatdırılmayıb.

“Bakı Metropoliteni” xətlərinin konseptual inkişaf sxemi”nin həyata keçirilməsi məqsədilə “Bakı Metropoliteni”nin 2016-2020-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın layihəsi aidiyyəti dövlət orqanları ilə razılaşdırılmayıb.

Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək qərar qəbul edib və “Bakı Metropoliteni”nə nöqsanların aradan qaldırılması tapşırılıb. Qərara görə, xüsusilə sərnişindaşıma xidmətinin keyfiyyətinin, eləcə də, təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, elektrik enerjisi ilə fasiləsiz və davamlı təchizatın təmin edilməsi, səmərəsiz xərclərin qarşısının alınması, eləcə də, nöqsanlara yol vermiş vəzifəli şəxslərə qarşı zəruri tədbirlərin görülməsi tələbi irəli sürülüb.

Auditin nəticələri Milli Məclisə təqdim edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident onu sədr təyin etdi  -  SƏRƏNCAM
ŞOK! Əsgərimizi öldürüblərmiş: Tutulan şəxs görün kimdir
“Azərenerji

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir