Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
586
az

Şəxsiyyət vəsiqəsindəki qan qruplarına güvənmək olmaz – Xəbərdarlıq

17:3913 Aprel, 2018
1190
  • A
 Şəxsiyyət vəsiqəsində qeyd edilən qan qrupumuz sənəd aldığımız zaman səyyar olaraq təyin olunmuş qan qruplarıdır. Bu qan qrupları adətən anti-qlobulin zərdabları ilə təyin olunur və onlar tam olaraq düzgün olmaya bilər.

 Oxu24.com xəbər verir ki, bunu Lent.az-a Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun böyük elçi işçisi Mahmud Mahmudov deyib.

Onun sözlərinə görə, şəxsiyyət vəsiqəsində yazılan qan qrupuna güvənmək olmaz:

“Bəzi insanların qanında müəyyən antitellər olur ki, o antitellərə qarşı da yalançı reaksiyalar olur. Bu yalançı reaksiyalar gələcəkdə bizə qan köçürülmə zamanı təhlükə yarada bilər. Ona görə də heç bir halda qan köçürülməsinə qərar verildiyi zaman şəxsiyyət vəsiqəsindəki qan qruplarına tam güvənmək düzgün deyil. Ancaq təxirə salınmaz tibbi yardıma ehtiyac olduğu halda xəstəyə təcili qan köçürülməlidirsə, o halda xəstənin şəxsiyyət vəsiqəsindəki qan qrupu nəzərə alınmalıdır”.

Mütəxəssis qeyd edir ki, qan qrupunun düzgün təyin edilməsi immunoloji laboratoriyada ixtisaslaşmış həkim-laborant tərəfindən aparılmalıdır:

“Eyni zamanda xüsusi reaktivlər və avadanlıqlar olmalıdır. Lazım olarsa, mikroskop, lupa altında baxmaq lazımdır. Qan qrupu köçürüldüyü zaman onu köçürən həkim məsuliyyət daşıdığına görə hətta laboratoriyanın verdiyi qrupa da inanmamalıdır. Çünki qan laboratoriyaya təqdim edildikdə probirkalar səhv salına bilər. Buna görə də xəstəyə qan köçürüləcəyi zaman xəstənin yatağının yanında ona qan köçürəcək həkim xəstənin qan qrupunu təkrar yoxlamalı və əmin olmalıdır”.

M. Mahmudov xəstənin qan qrupunun şəxsiyyət vəsiqəsi ilə uyğun gəlmədiyi hallarına rast gəldiyini bildirir: “Müəyyən müstəsna halları nəzərə alsaq, belə bir şeylər olur. Bunun səbəbi də texnikidir. Bir də müəyyən insanlarda qan qrupunu təyin etmək çətinlik yaradır. Belə insanların qan qrupu mütləq ixtisaslaşmış laboratoriyada aparılmalıdır.

İmmunitet, onkoloji və vərəm xəstələrində, revmatizması olan insanlarda yalançı aqlüsinasiya deyilən hallar müşahidə olunur ki, bu da səhv qrupun təyin edilməsinə bilavasitə səbəb ola bilir”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ət xallarından xilas edən təbii üsul
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO
Netanyahu alman nazirə acıqlandı - “Biz nasistlərə bənzəmirik”

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO