Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5238
az

Bakıda sexdə bişirilən çörəklərdə xəstəlik aşkarlandı - DİQQƏT

19:0214 Sentyabr, 2018
1534
  • A
 

Bakıda sexdə bişirilən çörəklərdə xəstəlik aşkarlandı - DİQQƏT

Təcili kredit sifarişləri!
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhərində fəaliyyət göstərən çörək istehsalı müəssisələrində keçirilən monitorinq zamanı bir sıra nöqsanlar aşkarlanıb.

Oxu24.com-un  məlumatına görə, həyata keçirilən tədbirlər zamanı agentliyin əməkdaşları tərəfindən çörək istehsalı müəssisələrindən çörək və çörəyin istehsalında xammal kimi istifadə olunan un məhsullarından nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sınaq laboratoriyalarına göndərilib.

Aparılmış sınaq nümunələrinin nəticələrinə əsasən, Səbail rayonu, Badamdar qəsəbəsi Ə.Nəzərov küçəsi 4 ünvanında fəaliyyət göstərən fiziki şəxs Muradov İlqar Nizami oğluna məxsus, Xətai rayonu, Neapol küçəsi 23 ünvanında fəaliyyət göstərən "Xətai-3” Kommersiya İstehsalat Mərkəzinə məxsus, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Biləcəri şossesi ev 25 ünvanında fəaliyyət göstərən "31 saylı çörəkbişirmə müəssisəsi” MMC-yə məxsus, Binəqədi rayonu, Binəqədi qəsəbəsi Binəqədi şossesində fəaliyyət göstərən "Baker Azərbaycan” MMC-yə məxsus və Xətai rayonu, S.Əhmədov küçəsi 6 ünvanında fəaliyyət göstərən fiziki şəxs Əsədov Ehtiram Hüseynbala oğluna məxsus çörəkbişirmə müəssisələrində istifadə olunan unda kartof xəstəliyi, digər müəssisələrdə isə istehsal olunan çörək nümunələrinin normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi aşkar olunub.

Kartof xəstəliyi aşkar olunan çörəkbişirmə müəssisələrində nöqsanların ətraflı araşdırılması, mezenterikus bakteriyalarının yayılmasının qarşısının alınması üçün tədbirlərin gücləndirilməsi məqsədilə yoxlama həyata keçirilib və aşkar olunan nöqsanlarla bağlı həmin müəssisələr barədə yol verilmiş pozuntular aradan qaldırılanadək məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Həmin müəssisələr barəsində sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulmasına görə inzibati protokol tərtib olunub.

Digər müəssisələrdə aşkar olunmuş faktlar insan həyatı və sağlamlığına mühüm təhlükə yaratmadığından həmin müəssisə sahiblərinə aşkar olunmuş nöqsanların qısa müddətdə aradan qaldırılması və təkrar müayinələrin aparılacağı ilə bağlı xəbərdarlıq edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qara dəliyin ən aydın görüntüsü çəkildi - Fotolar
Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü
Mənzurə Zaur Kamalı PƏRT ETDİ:

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Bakıda kafedə ÖLÜM