Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5057
az

Zeynəb Xanlarovanın oğlu işsiz qalıb

10:2707 Sentyabr, 2018
8166
  • A
 Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarovanın oğlu Ramin Babayev işsizdir.

 Ramin Babayev modern.az-a açıqlamasında öz işlərindən söz açarkən belə deyib:

"2012-ci ildən 2018-ci ilin aprelinə kimi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsində çalışırdım. Bildiyiniz kimi, həmin komitə bu ilin aprelində lğzv edilib. Komitə ləğv ediləndən bu günə kimi işsizəm. Oturub evimdə dincəlirəm. Düzdür, iş təklifləri gəlir. Hələ ki, ciddi nə isə yoxdur”.

Qeyd edək ki, 81 yaşlı Z.Xanlarovanın iki oğlu var. Ramin Babayev 43, Ramal Babayev 40 yaşındadır.

Ramin Babayev 10 noyabr 1975-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr fakültəsini, 2010-cu ildə BDU-nun Hüquqşünaslıq fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1996-cı ilin noyabr ayından başlayıb, Səbayel rayonu prokurorunun köməkçisi, 2000-ci ildə Bakı şəhəri Prokurorluğunda Gömrük və vergiyə nəzarət şöbəsində prokuror vəzifələrində çalışıb. 2001- ci ildə Dövlət Gömrük Komitəsinin İstintaq idarəsində müstəntiq, 2003-ci ildə Enerji gömrük idarəsində Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması şöbəsinin rəisi vəzifəsində işləyib və polkovnik-leytenant rütbəsi alıb.
2007-2012-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunda Beynəlxalq əlaqələr idarəsinin prokuroru işləyib. 2012-ci ildən 2018-ci ilin aprelinə kimi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsini icra edib..

Ramin Babayev Azərbaycanın Qırğızıstandakı keçmiş səfiri, Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı Arif Ağayevin kürəkənidir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur