Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4760
az

Salyandakı hadisə ilə bağlı ŞOK TƏFƏRRÜAT - Gəlini qaçıran şəxs evli imiş +VİDEO

20:1025 Avqust, 2018
4124
  • A
Salyan rayonunun Qaraçala qəsəbəsində gəlin toy mərasiminə bir gün qalmış başqasına qoşulub qaçıb. Bəy, qız evinə gedən zaman gəlinin başqa bir oğlana qoşulub qaçdığını öyrənib. Bu zaman məlum olub ki, gəlin toydan bir gün öncə, yəni, el arasında "heyvankəsdi" adlanan vaxt evdən qaçıb. oydan bir gün öncə, yəni, el arasında "heyvankəsdi" adlanan vaxt evdən qaçıb. Çıxılmaz duruma düşən bəy, toy günü bir neçə saat ərzində başqa bir gəlin taparaq evinə gətirib.

Oxu24.com  Baku.ws-ə istinadən xəbər verir ki, toy günü pis vəziyyətə düşən oğlan tərəfi baş verənlər barədə Space TV-yə danışıb.

Bəyin yaxın qohumu qızı qaçıran şəxsin evli olduğunu deyib:

"Qız Rza adlı oğlana qaçıb. Həmin oğlan 2-3 il bundan əvvəl mənim dayım qızını almışdı. 2 il ailəli olduqdan sonra dayım qızı acıq eləyib atası evinə qayıtdı. Hələ boşanmayıblar. İndi də xalam qızını qaçırdı". Toya kifayət qədər pul xərcləyən ailə vəziyyətdən çıxmaq və toya dəvət etdikləri insanların yanında pis vəziyyətdə ailə digər varianta əl atıb. Elə toy günü qonşu Qarabağlı kəndindən olan qohum qızlarından birini evinə gəlin gətirib.

Qaracala kənd sakinlərinin sözlərinə görə isə, gəlin toydan bir gün əvvəl sevdiyi oğlanla qoşulub qaçıb. Onlar valideynlərin təkidi ilə nişanlanıb. Aralarında sevgi olmayıb. Amma hər ikisinin sevdiyi olub. Sadəcə valideynlər öz aralarında razılığa gəldiyindən gənclər buna qarşı çıxa bilməyib. Toya bir gün qalmış qız öz istədiyi ilə qoşulub qaçıb. Oğlan da gedib öz sevdiyi qızı götürüb gəlib. Deyiblər ki, sevmədiyinlə yaşayıb əzab çəkməkdənsə, toya bir gün qalmış qoşulub sevdiyinə getmək yaxşıdır. Hər iki tərəf bu evlilikdən razı qalıblar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Gecə-gündüz dua edirdim ki, divanımız olsun” – VİDEO
Qara dəliyin ən aydın görüntüsü çəkildi - Fotolar
Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Bakıda kafedə ÖLÜM