Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3997
az

Rəhbər vəzifələrdə kimlər çalışa biləcək? - YENİ QƏRAR

19:2926 İyul, 2018
1194
  • A
 Azərbaycanda rəhbər vəzifələrə işə qəbul üçün qoyulan tələblər dəyişdirilib, artıq yeni rəhbər vəzifələrə qəbul olmaq istəyənlərdən bundan daha əvvəl də rəhbər vəzifələr üzrə iş stajının olması tələb edilməyəcək.


OXU24.COM xəbər verir ki, Nazirlər Kabinetinin "Birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”ndə dəyişikliklər edilib.


Bu dəyişikliyə əsasən, inzibati vəzifələrin birinci təsnifatına aid olan Aparat rəhbəri vəzifəsi üzrə işə qəbul üçün rəhbər vəzifələrdə ən azı 5 il işləmək ilə bağlı olan tələb götürülüb. Yeni tələbə görə, bundan sonra Aparat rəhbəri vəzifəsi üzrə işə qəbul üçün vəzifənin qulluq funksiyaları nəzərə alaraq, dövlət qulluğunda 8 il qulluq stajı və yaxud 11 il iş stajı tələb ediləcək.


İndiyədək mövcud olan tələbələr görə, bu işə qəbul zamanı qulluq funksiyalarını nəzərə alaraq, dövlət qulluğunda rəhbər vəzifələr üzrə 5 ildən az olmamaqla, 8 il qulluq stajı və yaxud rəhbər vəzifələr üzrə 7 ildən az olmamaqla 11 il iş stajının olması tələbi qoyulurdu.


İnzibati vəzifələrin ikinci təsnifatına aid olan Aparat rəhbərinin müavini üçün indiyədək olan iş stajına dair tələblərə görə, vəzifənin qulluq funksiyalarını nəzərə alaraq, dövlət qulluğunda rəhbər vəzifələr üzrə 3 ildən az olmamaqla 7 il qulluq stajı və yaxud rəhbər vəzifələr üzrə 5 ildən az olmamaqla 10 il iş stajının olması lazım idi. Yeni qərarla isə bu vəzifə üzrə də rəhbər vəzifələrdə işləmə ilə bağlı qoyulan tələb aradan qaldırılıb.
Yeni dəyişikliyə əsasən, bundan sonra Aparat rəhbərinin müavini vəzifəsində işləmək üçün vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğunda 7 il qulluq stajı və yaxud 10 il iş stajı tələb ediləcək.


İnzibati vəzifələrin ikinci təsnifatına daxil olan Aparat rəhbəri vəzifəsinə işə qəbul üçün yeni qoyulan tələblərə görə, namizədin vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğunda 7 il qulluq stajı və yaxud 10 il iş stajnın olması lazımdır.


İndiyədək mövcud olan şərtlərə görə isə bu vəzifəyə qəbul üçün vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğunda rəhbər vəzifələr üzrə 4 ildən az olmamaqla, 7 il qulluq stajı və yaxud rəhbər vəzifələr üzrə 6 ildən az olmamaqla, 10 il iş stajının olması tələb edilirdi.


Mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri, fondların icraçı direktoru və direktoru vəzifəsinə işə qəbul üçün iş stajına dair yeni qoyulan tələblərə görə, vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğunda 6 il qulluq stajı və yaxud 9 il iş stajının olması lazımdır. İndiyədək olan tələblərə görə isə bu vəzifələrə qəbul üçün vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğunda rəhbər vəzifələr üzrə 3 ildən az olmamaqla 6 il qulluq stajı və yaxud rəhbər vəzifələr üzrə 5 ildən az olmamaqla 9 il iş stajının olması lazım idi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Saxta SİQARETLƏR: məktəblərin qarşısındakı alver, xərçəng riski – EKSPERTLƏR AÇIQLADI
Vətəndaş nikahlarının qadağan olunmasi təklifinə ilahiyyatçılardan cavab - VİDEO
Pəhriz saxlayanda kartof yeməyin: SƏBƏB

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO