Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2890
az

Çimərlikdə istirahət edərkən nəyə diqqət etməli?

15:2613 İyun, 2018
1897
  • A
 Yay mövsümünün gəlişi ilə istirahət etmək üçün dəniz kənarına, çimərliklərə daha çox üz tuturuq. Lakin hər yay bu istirahətin bəziləri üçün faciə ilə nəticələnməsi, ölümə səbəb olması halları barədə də eşidirik. Dənizdə, rayonlarda çay və arxlarda onlarla adam boğulur, yüzlərlə insan suda boğulma təhlükəsi ilə üzləşir. Bəs, istirahətimizin necə qurbanı olmayaq?

 Bu həyati əhəmiyyətli suala cavabı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev açıqlayır. Onun sözlərinə görə, yay mövsümündə insanların istirahət üçün yararlandığı dəniz kənarı, çimərliklər adi bir diqqətsizlik nəticəsində fəlakətə səbəb olur. Elmar Nurəliyev bildirib ki, ilkin olaraq, insanlar çimərliyə gedərkən hava şəraitini nəzərə almalıdırlar: "Yəni küləkli, dumanlı, yaxud günün qaranlıq saatlarında suya girmək olmaz. Daha sonra gedəcəyiniz çimərliyi düzgün seçmək lazımdır. Qadağan olunmuş çimərliyə getmək olmaz. Bu həm sizin səhhətiniz üçün, həm də həyatınız üçün təhlükəli ola bilər. Çimərliyə gedərkən saat vaxtını da nəzərə almaq gərəkir. Günün 12:00-16:00 radələrində suya girmək məsləhət deyil. Həmin saatda günəş şüalarının təsiri daha güclü olur və günvurmaya səbəb ola bilər. Ən münasib vaxt 16:00- dan sonradır. Çimərlikdə özünüz ilə kustar üsulla düzəldilən kiçik qayıqlar, şarlar, suda əyləncə üçün qurğular aparmaq məsləhət deyil. Yeməklərə də diqqət etmək lazımdır. Yəni çimərliyə istirahətə gedənlər adətən özləri ilə yeməklər, sərinləşdirici və spirtli içkilər gətirir. Çimərlikdə yağlı yeməklər və spirtli içki qəbul etmək olmaz. Spirtli içki qəbul edən şəxsin suda boğulma şansı çoxdur və günvurma daha tez baş verir.

Səhhətində problemlər olan, dərman qəbul edən şəxslər də diqqətli olmalıdır. Dərman qəbul edib suya girmək əks təsir verə bilər. Üzə bilmirsinizsə sahildə çox uzaqlaşmayın , əgər üzə bilirsinizsə, sahilə paralel üzməyə çalışın. Qadağan olunmuş xətti keçməyin. Bu sizin həyatınız üçün təhlükəli ola bilər. Bakının ətrafında və rayonlarda kanallara, göllərə də istirahət üçün gedənlər olur. Kanal suyunun üzü sakit görünsə də, suyun dibində təzyiq yüksək olur. Bundan əlavə, suyun dibində lil palçıq qatı yığılır. Suda şüşə, dəmir və başqa kəsici materialların atılması da istisna deyil. Ona görə göllərdə, su kanallarında çimməmək məsləhətdir”.
E.Nurəliyev diqqətə çatdırıb ki, insanlar dənizə girməzdən əvvəl suya diqqət etməlidirlər: "Suda baş verən təbiət hadisələri tez-tez olur. Çimərliklərdə rast gəlinən sualtı axınlar sahilə perpendikulyar olur və əsasən kiçik axınlar olur. Onların uzunluğu 300-500 metr eni isə 3-5 metr müddəti isə təxmini 4-5 dəqiqə davam edir. Axınların olmasını suyun üzünün rəngindən bilmək olar. Normalda suyun üzü ağımtıl, göy yaxud tünd göy olur. Axınlar olanda isə suyun üzü bir düz xətt kimi ağ rəngdə və köpüklü olur. Sanki köpük əmələ gəlir və batır. Belə halda suya girməmək məsləhətdir. Əgər kimsə axına düşərsə, özünü itirməməlidir. Sahilə paralel üzməklə yaxud suyun üzündə qalmağa çalışmaqla 4-5 dəqiqə müddətə axın bitəcək və siz xilas olacaqsınız. Biləsiniz ki, axın sizi suyun dibinə çəkmir. Sadəcə siz təşvişə düşürsünüz bütün gücünüzü istifadə edirsiniz və qollarınız boşalır, bu zaman boğulma olur. Təlimatlara düzgün əməl olunarsa, sağ-salamat xilas olmaq mümkündür.

Suda boğulan şəxsə qarşıdan yaxınlaşmaq olmaz, arxadan yaxınlaşıb, başının suyun üstündə qalmasını təmin etməklə sahilə tərəf üzmək lazımdır. Daha sonra, sahildə üzü aşağı uzadıb, qəbul etdiyi suyu qaytarmağını təmin etmək, çətin məqamda ürək masajı və süni nəfəs vermək olar. Mütləq təcili tibbi yardım çağırılmalıdır. Gün vuran şəxsi ilkin yardım olaraq, kölgəyə çəkmək, qoltuğuna, əllərinə, boynuna və alnına soyuq kompres qoymaq, çoxlu maye içirtmək və təcili tibbi yardım çağırmaq lazımdır. Zərərçəkmişə ilkin yardım vaxtında və düzgün göstərilərsə onun həyatını qurtarmaq olar”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident onu sədr təyin etdi  -  SƏRƏNCAM
ŞOK! Əsgərimizi öldürüblərmiş: Tutulan şəxs görün kimdir
“Azərenerji

Qaş və kirpikləri ilə hamını təəccübləndirən körpənin atası Baku TV-yə danışdı

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Müəllimə dərsdə olan vaxt onun haqda ölüm kağızı verilib - ŞOK VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR