Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2714
az

Məşhur professor arıqlamağın YOLLARINI GÖSTƏRDİ - İnanmayacağınız TÖVSİYƏ

22:2808 İyun, 2018
1761
  • A
Türkiyəli professor və kardioloq Canan Karatay arıqlamaq istəyənlərə D vitamini qəbul etməyi məsləhət görüb.

OXU24.COM  xəbər verir ki, məşhur ürək həkimi arıqlamaqla bağlı tövsiyələr verib. C.Karatayın sözlərinə görə, ideal formada qalmaq üçün yemək saatlarını qaçırmamalıyıq:

"Yemək saatlarına diqqət edin. Bu, arıqlamaq istəyənlər üçün vacib məsələdir. Çünki yağ yandırıcı hormon kimi tanınan leptin yemək saatlarında aktivləşir. Dolayısı ilə qidalanma rejimini həmin saatlara əsasən müəyyən edin ki, kalorinin yandırılma prosesi sürətlənsin. Məlum olduğu kimi, insan bədəni yuxu zamanı da kalori yandırır. Odur ki, gecə vaxtı leptinin fəal olması ilə yuxuda da çəki ata bilərsiniz. Lakin leptinin gecə fəal olması üçün axşam saat səkkizdən sonra heç bir şey yeməyin".

Professor bildirib ki, piylərin yandırılmasında D vitamininin əhəmiyyəti böyükdür:

"D vitamini çatışmazlığı varsa, piylərin yandırılma prosesi çətiləşir. Bunun üçün yaz aylarında tez-tez günəş vannası qəbul edin, qışda isə D vitamini ehtiyacını həblərlə ödəyin. D vitamini ehtiva edən yeməklər bunlardır: balıq, süd, kərə yağı, yulaf əzməsi, yumurta və s."

Canan Karatay hesab edir ki, aspartam kimi tanınan E-951 kodlu qatqı maddəsinin zəhərdən bir fərqi yoxdur:

"Bədənə girdiyi anda spirtə çevrilən bu qatqı maddəsi yağsız və pəhriz məhsullarında tez-tez istifadə olunur. Yağsız məhsulların tərkibinə qatlan və xərçəng hüceyrələrini qidalandıran bu maddələrdən uzaq durun.

Qablaşdırılmış və konserviləşdirilmiş ərzaqlar sonsuzluqdan xərçəngə qədər bir çox ciddi sağlamlıq probleminə yol aça bilir. Sağlam ömür sürmək üçün qablaşdırılmış ərzaqlardan imtina edin".


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Niyə qadınlara nisbətən kişilərdə keçəlləşmə daha çox yayılıb? - MARAQLI FAKT
Müntəzəm qarabaşaq yarması yemək üçün 5 səbəb
Ceyhun Bayramov Mirziyoyevlə görüşdü - YENİLƏNİB

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Parkda kişi uşağa hücum etdi  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu