Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2463
az

Ağsuda zəhərli ilanlar peyda olub — 2 nəhəng gürzə öldürüldü

23:3131 May, 2018
1027
  • A
 Ağsu rayonunda son günlər təhlükəli zəhərli ilanlar peyda olub.

Oxu24.com-un Trend-ə istinadən məlumatına görə, may ayından etibarən rayon ərazisində bir neçə ilan əhali tərəfindən öldürülüb. Rayon sakinlərinin sözlərinə gröə, peyda olan ilanlar əsasən iki-iki, üç-üç gəzir, evlərə və tövlələrə soxulurlar. Bu cür hallara əsasən rayonun Bico kəndində rast gəlinir.

Sakinlər Trend-ə bildiriblər ki, kənd ərazisində aprel və may aylarında ondan çox təhlükəli ilan öldürülüb. Bu gün günorta saatlarında isə kənd ərazisində tövlədə daha iki nəhəng ilan öldürülüb. Öldürülən ilanlar Qafqaz gürzəsidir. İlanlar heyvanlara hücum edərkən sakinlər tərəfindən öldürülüb.
Xatırladaq ki, bu ilin əvvəlində və ötən ilin sonlarında kənd ərazisində uzunluğu 2 metrdən artıq olan daha bir gürzə zərərsizləşdirilmişdi. Hadisədən bir ay sonra uzunluğu 2 metr və 2 metr 20 santimetr olan daha iki gürzə taxıl sahəsində məhv edilmişdi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Evinizdə pişik yaşayır? Təcili bütün daxili qapıları açın - SƏBƏBİ
Bu xəstəliyi olanlar banan yeməlidir
İraq Prezidenti COP29-a dəvət olundu

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir