Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2454
az

“Sürücülük vəsiqəsinə imtahanlarda şəffaflıq təmin olunmalıdır”

20:0731 May, 2018
1133
  • A
Elmira Axundova: “Yol qəzasında itkilər Qarabağ müharibəsində olan itkilərə bərabərdir”

“Sürücülük vəsiqəsinin verilməsinə daha da məsuliyyətli yanaşılmalı, imtahanların keçirilməsində şəffaflıq təmin olunmalıdır. Artıq vaxt çatıb ki, yollarda vəziyyət köklü surətdə dəyişsin, sürücülərimizin və piyadalarımızın kütləvi qırğınına son qoyulsun”.

Oxu24.com xəbər verir ki bunu Milli Məclisdə “Yol hərəkəti haqqında” qanun dəyişikliyin müzakirəsi zamanı deputat Elmira Axundova deyib. Dəyişikliyə əsasən, triskl, kvadrsikl ilə bağlı təsnifat, sürücülük hüququ ilə bağlı yeni alt kateqoriyalar müəyyənləşir.

E.Axundova əlavə və dəyişikliyi yerində atılmış addım adlandırıb: “Vyana Konvensiyasana 2011-ci ildə edilmiş dəyişiliklərin tələblərinə uyğun olaraq bu dəyişikliyə ehtiyac vardı. Çünki Azərbaycan Respublikasının sürücülük vəsiqələri bu tələblərdən bəzilərinə uyğun olmadığı üçün vətəndaşlarımız xarici dövlətlərdə nəqliyyat vasitələri idarə etməkdə çətinliklərlə qarşılaşırdı. Lakin mən bir məsələyə də diqqətinizi çəkmək istəyirəm. Son zamanlar respublikamızda avtomobillərin yollarda rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yüksək standartlara cavab verən, müasir avtomobil yolları inşa edilərək vətəndaşların istifadəsinə verilir. Bununla bərabər biz yollarda baş verə biləcək qəzaların qarşısının alınması və burada nəzarət tədbirlərinin daha da gücləndirilməsi üçün Milli Məclisdə mütəmadi olaraq “Yol hərəkəti haqqında” Azərbaycan respublikasının qanuna əlavə və dəyişikliklər edirik. Lakin bütün bunlara rəğmən avtomobil qəzalarının sayı günü gündən artmaqda davam edir. Əfv komissiyasının üzvü kimi iclaslarda iştirak edərkən mənim əlimdən yüzlərlə müraciət keçir, baxanda görürük ki, həmin müraciətlərin çoxu avtomobil qəzalarına aiddir. Araşdırarkən məlum olur ki, həmin bu qəzaların baş vermə səbəbi yol hərəkəti qaydalarının kobud şəkildə pozulması, sərxoş vəziyyətdə sükan arxasında əyləşmə və ən əsası isə sürücülük vəsiqəsi olmadan avtomobillərin idarə edilməsi səbəbindən belə hadisələr baş verir. Bir çox hallarda isə sürücülər 4 nəfərlik bir minik avtomobilinə 7-8 nəfəri mindirərək və ya götürək sonuncu belə hadisəni traktor qoşqusunda insan daşıyaraq insanların həyatını təhlükəyə atırlar. Nəticədə isə həddindən artıq yüklənən minik avtomobili müvazinəti tarazlaya bilmədiyindən qəza qaçılmaz olur”.

Deputatın sözlərinə görə, statistika göstərir ki, hər il ölkə üzrə orta hesabla 2 minə yaxın yol nəqliyyat hadisəsi qeydə alınır, hadisə nəticəsində 300 nəfərə yaxın insan həlak olur və 600 nəfərə yaxın insan isə xəsarət alaraq yaralanır. Təsəvvür edin ki, son 25 il ərzində ölkədaxili avtomobil yollarında 66 min-dən çox yol qəza hadisəsi qeydə alınıb. Nəticədə 23 min nəfərdən çox insan ölüb, 74 min nəfərdən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Çox dəhşətli mənzərədir və bu itkilər Qarabağ müharibəsində olan itkilərə bərabərdir, hətta deyərdim ki, əsil genosiddir.
Sürücülük vəsiqəsi olmayan şəxslər tərəfindən avtomobil idarə edilməsi hallarına əsasən rayon yerlərində rast gəlinir. Ona görə də düşünürəm ki, Dövlət Avtomobil Müfəttişliyi genişmiqyaslı tədbirlərə başlamalı, bölgələrdə adına nəqliyyat vasitəsi olan bütün şəxslər yoxlanılmalı, həmin şəxslərin sürücülük vəsiqəsinin olub olmaması aşkarlanmalı və bu istiqamətdə profilaktik tədbirlər görülməlidir”.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Heç kim havadan pul vermir”
Yorğun olanda gözlərimizi ovuşdurmağın SƏBƏBLƏRİ
Dəmir orqanizm üçün niyə bu qədər vacibdir?

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qazax sakini buna görə tutuldu