Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20034
az

Küçələrdə gecələyən ata və körpə qızı xəstəxanaya yerləşdirilib - \"Atanın durumu o qədər ağır idi ki...\"

18:1019 Noyabr, 2019
705
  • A
 Bu günlərdə sosial şəbəkədə ata və 9 yaşlı qızının Koroğlu stansiyasında yerdə yatması ilə bağlı görüntülər yayılıb. Məlumata görə, ata Əkrəm Xosrovov Lerik sakinidir. Onun 43 yaşı var, Qazaxıstanda doğulub və uzun illər orada yaşayıb. Hazırda Azərbaycan vətəndaşıdır. Azərbaycanda qeyri-rəsmi nikahdan bir övladı dünyaya gəlib. Daha sonra uşağın anası dünyasını dəyişib. Ata və 9 yaşlı qızının səhhəti ağırdır.

Ata santexnika işləri ilə məşğul olub, lakin uzun müddət səhhətində problem olduğu üçün o, son zamanlar işləyə bilməyib. Lakin onların əsas müraciəti sənədlərində olan nöqsanların aradan qaldırılması ilə bağlıdır.

Ata və qızının son durumu ilə bağlı Sherg.az-a danışan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, dünən ata ağciyər xəstəlikləri xəstəxanasında tam müayinədən keçib:

“Hazırda xəstəxanadadır və müalicə alır. Yəqin ki, hələ 1 həftə nəzarətdə olacaq. Uşaq da ayrıca olaraq ixtisaslaşmış müəssisələrdən birində tam müayinədən keçirilib. Artıq uşağa müalicələr yazılıb, kollektivdə qalması üçün bir təhlükə yoxdur. Çünki ata və qızın ən ciddi problemləri ciyərləri ilə bağlı idi. Dünən və bu gün hər ikisinə tibbi baxımdan tam olaraq nə lazımdısa edilib.

Uşağa doğum haqda şəhadətnamə verəndə ata adı sənəddə səhv gedib, Əkrəm yox, Akiram yazılıb. Atanın bacıları Qazaxıstanda yaşayırlar. Amma sənəddə nöqsanlar olduğu üçün onlar ora gedə bilmirlər.

Ata adının səhv yazılması ilə bağlı lazımi orqanlara müraciət edəcəyik. Amma hazırda əsas məqsədimiz onları krizisdən çıxarmaqdır. Çünki atanın durumu o qədər ağır idi ki, çox qorxmuşduq. Ona nəsə olarsa, uşaq da ortalıqda qalar. Uşağın gözünün qabağında böyük stress yaşandı. Atanın ola bilsin sağlıq durumu, ya da biganəliyi, hansısa zərərli vərdişi uşağı da belə vəziyyətə gətirib çıxarıb. Bunu dana bilmərik”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Evinizdə pişik yaşayır? Təcili bütün daxili qapıları açın - SƏBƏBİ
Bu xəstəliyi olanlar banan yeməlidir
İraq Prezidenti COP29-a dəvət olundu

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir