Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20032
az

Vilayət Eyvazov yeni rəisi təqdim edib

17:1019 Noyabr, 2019
699
  • A
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov DİN-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin yeni rəisi, polis polkovniki İslam Hümbətovu bu qurumun şəxsi heyətinə təqdim edib.

Metbuat.az-a verilən məlumata görə, Polis polkovniki İ.Hümbətovu uzun illər daxili işlər orqanlarında müxtəlif rəhbər vəzifələrdə xidmət etmiş təcrübəli polis zabiti kimi xarakterizə edən general-polkovnik Vilayət Eyvazov baş idarənin əməkdaşlarına müasir dövrün tələb və çağırışları kontekstində xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi üçün konkret tapşırıq və tövsiyələrini verib, qarşıda duran yeni vəzifələrdən danışıb.
Nazir insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, bir çox ağır cinayətlərin törədilməsinin əsas səbəblərindən, transmilli mütəşəkkil cinayətkarlığın qlobal xarakter almış ən qorxulu və zərərli növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizənin əhəmiyyətini qeyd edib, bu mübarizənin dövlət siyasəti olmaqla ölkə Prezidentinin daim nəzarətində olduğunu vurğulayıb.

Daxili İşlər naziri V.Eyvazov baş idarənin struktur qurumları arasında qarşılıqlı əlaqələrin effektiv təşkilini, əməkdaşların peşəkarlığının, tapşırılan sahəyə cavabdehliynin artırılmasını, tələbkarlıq və nəzarətin daha da gücləndirilməsini tələb edib. O, narkotiklərin qanunsuz dövriyyəsilə məşğul olan şəxslər barədə əməliyyat məlumatlarının əldə edilməsinin, onların ifşa olunması üçün ixtisaslı əməliyyat tədbirləri hazırlanıb həyata keçirilməsinin, bu sahədə xarici dövlətlərin müvafiq qurumları ilə informasiya və təcrübə mübadiləsinin daha səmərəli qurulmasının vacibliyini diqqətə çatdırıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sevgisiz yaşamağın üstünlükləri: Subay insanlara paxıllıq etmək üçün 4 səbəb
NATO-nun Baş katibi Ukraynaya söz verilmiş yardımın göstərilmədiyini etiraf edib
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Paytaxt sakini Ağsuda narkotiklə saxlanıldı