Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20029
az

AMEA təsdiqlədi: Hafiz Əhmədovun əziyyəti olub

16:1719 Noyabr, 2019
1007
  • A
 
Xəbər verdiyimiz kimi Görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə nəslinin davamçıları - ədibin nəticəsi Martin Cavanşiri və Pşemslav Cavanşiri Bakıya gəliblər. Onları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycana dəvət edildiyi qeyd edilsə də onları əslində Azərbaycana dəvət edənin jurnalist Hafiz Əhmədov olduğu ortaya çıxıb.

O, qeyd edib ki, bir neçə il öncə Cəlil Məmmədquluzadənin Polşada yaşayan varislərini tapıb, müsahibə götürüb:
"Müsahibə zamanı mən onları Azərbaycana dəvət etdim. Özləri də Azərbaycana gəlmək istədiklərini yazmışdılar. Bir gün gördüm ki, 211 ilə başlayan nömrədən mənə zəng gəldi. Zəng edən İsa Həbibbəyli idi. O, məndən Cəlil Məmmədquluzadənin Polşada yaşayan varislərinin əlaqə nömrəsini istədi. Onların məndə əlaqə nömrələri olmadığını sadəcə məndə "Facebook" elektron unvanlarının olduğunu söylədim. Onların məndə olan bütün kontaktlarını İsa Həbibbəyliyə göndərdim. İsa Həbibbəyli bir həftəyə Polşadan iki nəfəri xüsusi reyslə Bakıya gətirdi. Hər yerdə İsa Həbibbəylini adını çəksələr də, bir dəfə Hafiz Əhmədovun adını çəkən yoxdur. Gözlədim ki, açılışa məni dəvət edəcəklər. Lakin dəvət edən olmayıb. Mirzə Cəlilin varislərinin ünvanını məndən öyrənəndən sonra hamısı yəqin nömrəmi silib, onlarınkını qeyd ediblər".

Jurnalistə cavab olaraq Ədəbiyyat İnstitutunun direktor Müavini Mehman Həsənli Cəlil Məmmədquluzadə nəslinin davamçıları - ədibin nəticəsi Martin Cavanşiri və Pşemslav Cavanşirinin Bakıya gətirilməsində Hafiz Əhmədovun böyük əməyinin olduğunu təsdiqləyib: "Hörmətli Hafiz Əhmədov, sizin bu əlaqənin qurulmasında xidmətiniz danılmazdır. Heç kim bunu inkar etmir. İsa müəllim sizin bu xidmətinizi dəfələrlə səsləndirib. Sizin vasitənizlə əlaqə qurulandan sonra onların Bakıya gəlməsi üçün böyük iş aparılıb, zəhmət çəkilib. Onları da gözardı etmək olmaz. Əsas məqsəd Cəlil Məmmədquluzadənin nəslinin nümayəndələrinin 70 ildən sonra Azərbaycana gəlməsidir. Bu sizli, bizli hər birimizin uğurudur. Sizin müsahibənizi də hər kəs oxuyub, bilir. Onlar dünən Bakıya gəliblər. Bu gün, günün birinci yarısında dəvət olunmağınızla bağlı sizə məlumat verilib. Sabah onlar Ədəbiyyat İnstitutunda, Yazıçılar Birliyində tədbirlərdə olacaqlar. Biz sizi bir daha dəvət edirik. Sizə artıq məlumat verildiyi kimi Bakıya səfərinizlə bağlı bütün xərclər ödəniləcəkdir. Ədəbiyyat İnstitununun fəxri qonağı kimi buyurun, gəlin. Gözləyirik". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Psixoloji şəkil TESTİ: Gələcəyiniziortaya qoyacaq
Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - SİYAHI
Bakının bu əraziləri tezliklə PLANA DÜŞƏCƏK

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO