Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19846
az

İdmançılarımız ermənilərə dağ çəkdi: Ermənilər finala həsrət qaldı

20:1614 Noyabr, 2019
691
  • A
Gürcüstanda keçirilən “Tbilisi Open” beynəlxalq taekvando turnirində Azərbaycan idmançıları 6 medal qazanıb.



APA TV-nin cənub bürosunun məlumatına görə, ölkəmizi 7 idmançı ilə Lənkəran Uşaq Gənclər İdman Şahmat Məktəbinin taekvondoçuları təmsil edib.  



400-dən artıq idmançının yarışdığı turnirdə müxtəlif çəki dərəcələri üzrə komanda üzvlərimiz - Əli Tağızadə, Davud Babazadə və İbrahim Əlizadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər taekvandoçularımızdan Əli Hüseynli 2-ci yerə sahib olub,  Əli Əliyev ilə Gülağa Məmmədov isə 3-cü yerlə kifayətlənib. Əməkdar məşqçi Vüqar Sultanov deyir ki, yetirmələri etimadları layiqincə doğrulda bilib. Ən qürurverici məqam isə 61 kq çəki dərəcəsində 1-ci yerə çıxan İbrahim Əlizadənin yarımfinal döyüşündə erməni rəqibini böyük fərqlə və vaxtından əvvəl məğlub etməsi olub: “Sevindirici haldır ki, vaxtından əvvəl qalib gəldi. 24:4 hesabı ilə 2-ci raunddan sonra artıq döyüş dayandırıldı və qələbə Əlizadə İbrahimə verildi. Hiss olunurdu ki, erməni idmançı çox aqressiv döyüşür, özünü idmançı kimi aparmırdı, qadağan olunmuş zərbələrdən istifadə edirdi. Bir neçə dəfə hakim ona cərimə xalı verdi. Buna baxmayaraq, İbrahim ona idmançı kimi cavab verdi, təmiz xal üstünlüyü döyüşü vaxtından əvvəl başa çatdırdı”.



“Mənim bütün döyüşlərim rahat keçdi, çünki yaxşı hazırlaşmışdım. Buna görə öz müəllimlərimə çox təşəkkür edirəm. Mənim əsas qürur verən döyüşüm yarımfinalda erməni rəqibimi udmaq idi. Oradan da  finalda udaraq 1-ci yerə sahib oldum”.



Qarşıda lənkəranlı taekvondoçuları əsas sınaqlardan biri gözləyir. 18-22 dekabr tarixlərində respublika birinciliyi və çempionatı keçiriləcək. Taekvondo üzrə milli komandanın heyətinə düşə bilmək üçün bu yarışlar önəmlidir:



Xatırladaq ki, ötən ay Rusiyanın Tolyatti şəhərində “Nepobedimaya Derjava” V Beynəlxalq Döyüş Növləri Spartakiadası çərçivəsində keçirilən taekvondo üzrə yarışda da Azərbaycan yalnız lənkəranlı idmançılarla təmsil olunmuşdu. Cənublular həmin yarışları 1-i qızıl, 3-ü gümüş və 4-ü bürünc olmaqla - 8 medalla başa vurub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama
Kirayə yaşayanlara şad xəbər: Gələn aydan öz eviniz olacaq
Bakıda bu aparat hamıya PUL PAYLAYIR - Qarşısında uzun növbələr

Qaş və kirpikləri ilə hamını təəccübləndirən körpənin atası Baku TV-yə danışdı

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Müəllimə dərsdə olan vaxt onun haqda ölüm kağızı verilib - ŞOK VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR