Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19614
az

Qabığı çatlamış yumurtanı yemək olarmı?

21:1607 Noyabr, 2019
669
  • A
Qabığı çatlamış, dəlik və sınıq çiy yumurta bir çoxlarını çəkindirir.

Oxu24.com medicina.az-a istinadən həkimlərin bu barədə fikrin təqdim edir.

Əgər çiy yumurtada çatlaq geniş və iridirsə, o yumurtanı çiy halda və ya bəzi termiki işlənmədən az keçən qidalara qatmaq və yemək olmaz. Yumurta qabığının çatında infeksiya törədicisi ola bilər.

Əgər çatlaq yumurta 70 dərəcə temperaturda bişirələcəksə, salmonella və digər infeksiya mikrobları öləcək.

"Ümumiyyətlə, bütün zərərli mikrob və bakteriyalar yumurtanın qabığında çoxdur. Yumurta qabığı hətta saf, çatlaqsız olsa belə, siz onu sındıranda bağırsaq çöpləri içinə düşə bilir. Ona görə yumurtanı istifadə etməzdən əvvəl isti su və sabunla yuyun və çiy halda istifadə etməyin.

Salmonella qabıqda 3 həftə yaşaya bilir.

Soyuducuda  toyuq yumurtası 30 gün və daha çox saxlanıldıqda, salmonella və bakteriyalar qabıqda yumurtanın sarısına keçir və orda çoxalır. Ona görə hətta saf qabıqlı yumurtanı belə 30 gündən artıq saxlamayın. Belə yumurtaları ancaq suda 15 dəqiqə qaynadaraq bişirmək olar".

Qida mütəxəssisləri yumurtanı alıb soyuducuya yığanda yox, hazırlamazdan öncə yumağı tövsiyyə edir. Əgər marketdən gətirən kimi yusanız, qabıqda olan mühafizə qatını dağıda bilərsiz.

Əgər yumurtaları yumusuzsa, o zaman onları 12 gündən artıq saxlamaq olmaz.

Qabıqları salamat yumurtanı isə yumasanız, 23 gün saxlaya bilərsiz. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” DƏYİŞDİ
Şamaxıda leysan fəsadlar yaradıb - FOTO
“Laçın sərhəd-buraxılış məntəqəsi dövlətimizin qürur və mübarizə simvoludur”

12 barmağı  uşaq dünyaya gəlib

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Pensiya alanların NƏZƏRİNƏ - Artımlar...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR